Now Reading:
Əli Kərimlidən siyasi məhbuslara ad günü təbriki

Əli Kərimlidən siyasi məhbuslara ad günü təbriki

AXCP sədri Əli Kərimli siyasi məhbuslar – Seymir Həzi və Bayram Məmmədovu ad günü münasibətilə təbrik edib:

“Bu gün AXCP sədrinin müavini, siyasi məhbus Seymur Həzinin və “heykəl məhbusu” Bayram Məmmədovun ad günüdür. Seymur bəy 4-cü dəfə, Bayram bəy 2-ci dəfədir ki, ad günlərini məhbəsdə keçirirlər.
Seymur Həzi ölkəmizin ən parlaq və perspektivli gənc siyasətçilərindən biridir. İntellektuallığı, cəsarəti, mübarizliyi, prinspiallığı eyni vaxtda özündə birləşdirən Seymur bəy gənc yaşlarından mübarizə simvoluna çevrilib. Seymur bəy “Azərbaycan saatı” proqramında etdiyi kəsərli çıxışlarına, “Azadlıq” qəzetində yazdığı sanballı yazılarına görə rejimin qəzəbinə gəldi. Onun həbs olunacağı bilinirdi və o istəsəydi, həbsdən yayına bilərdi. Lakin Seymur bəy yazılarında və çıxışlarında olduğu kimi həbsi ərəfəsində də rejimin birbaşa üzərinə getdi. Seymur bəyin vaxtaşırı həbsdən göndərdiyi mesajlardan xalqımız onun indi də nə qədər möhkəm olduğunu hiss edir. Seymur bəyin AXCP, millətimiz və dövlətimiz qarşısında daha böyük xidmətlərinin hələ qarşıda olacağına da əminəm.
Bayram bəy Qiyas bəylə birlikdə bütpərəstliyə qarşı mübarizə başlatmış və sonralar da məhkəmədə dik duruşunu qoruyub saxladığı üçün rejimin amansız cəzalandırdığı bir gəncdir. Heydər Əliyevin heykəlinin üzərinə yazdığı bir şüara görə Bayram bəy 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona da, dostu Qiyas bəyə də rejimin qəzəbi hələ də soyumayıb. Ondan həbsxanada da əl çəkmirlər, tez-tez cərimə kamerasına salırlar.
Seymur bəyi, Bayram bəyi ad günləri münasibətilə ürəkdən təbrik edirəm. Bəylərə uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram. Seymur bəyə, Bayram bəyə və bütün siyasi məhbuslara azadlıq tələb edirik! Bu onların haqqıdır!”

24saat.org

Mənbə – azadliq.info

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.