Əli Kərimliyə qarşı aksiyaları kim maliyyələşdirir?
Cavid Qurbanovun xəbərçisi AXCP liderinin evi qarşısında nə axtarır?
AXCP sədli Əli Kərimlinin evi qarşısında keçirilən silsilə “etiraz aksiyaları”nın təşkilatçıları ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, bu iyrənc aksiyaların koordinatoru və maliyyə məsələrini həll edən Həbib Misirov adlı şəxsdir. Bu şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun müşaviridir. O, həmçinin “Aşıq Şəmşir” Mədəniyyət Ocağı Ictimai Birliyinin sədr müavinidir. Məlumat üçün deyək ki, Aşıq Şəmşir Cavid Qurbanovun babasıdır. Məlumatlarda bildirilir ki, Cavid Qurbanov “Azəryolservis”in sədri olandan Həbib Misirov onun yanındadır. Hər kəs onu Cavid Qurbanovun xəbərçisi kimi tanıyır.Bu adamın işi-gücü işçiləri güdüb, onların danışdıqlarını Cavid Qurbanovun ovucuna qoymaqdan ibarətdir. Indi belə bir şəxs vətənpərvər donuna bürünüb Əli Kərimlidən Qarabağı tələb edir. Öz sədri, Cavid Qurbanovun xəyanət xronoligiyasını “unudan” bu tip Əli Kərimlini xəyanətdə ittiham edir. Əli Kərimli Azərbaycanın müstəqilliyi əldə etməsində mühüm rol oynamış, Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş, indi də Azərbaycanın hüquqi dövlətə çevrilməsi uğrunda mücadilə verən bir şəxsdir. Indiyə qədər nə lider dəyişib, nə təşkilat. Amma Cavid Qurbanov mərhum qardaş dediyi Isgəndər Həmidovun əleyhinə müsahibə verən, himayədarı olan Ziya Məmmədovu onun rəqiblərinə satan bir adamdır. Cavid Qurbanovun xəbərçisi Əli Kərimlini 100-lərlə gəncin qanına bais olmaqda ittiham edir. Hansı ağıllasa Qarabağ uğrunda hərbçilərimizin şəhid olmasınının təqsirkarı kimi Əli Kərimlini göstərir.
Bəs Cavid Qurbanovun çəkdiyi yollardakı “ölüm dəmirləri”nin tökdüyü qanı kimin ayağına yazaq? Yeri gəlmişkən, mərhum Heydər Əliyev Cavid Qurbanovu yol verdiyi ciddi nöqsanlara görə işdən qovmuşdu… Bəlkə düşünürsən ki, Heydər Əliyev düz etməyib? Sənin sədrin Azərbaycanda təpədən-dırnağa korrupsiyanın içində olan adamdır. Onun milyonlarla manat dövlət puluna çəkdiyi yollara bax. Heç bir il çəkməmiş dağılıb. Sən get, mərhum Heydər Əliyevin işdən qovduğu adamdan bunların hesabını sor! Cavid Qurbanova və onun xəbərçisinə hələlik bu qədər bəsdir.
azadliq.info