Əli Nağıyev DTX sədri təyin edildi - 24 saat xəbərlər
Now Reading:
Əli Nağıyev DTX sədri təyin edildi
Full Article 50 second read

Əli Nağıyev DTX sədri təyin edildi

Bu gün, iyunun 20-də prezident İlham Əliyev həmçinin, Mədət Qəzənfər oğlu Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edib. O, Mədət Quliyevi Azərbaycan müdafiə sənayesi naziri təyin edib.

Prezidentin başqa bir sərəncamı ilə də Əli Nağı oğlu Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirilib.

Əli Nağıyev buna qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəfəsində çalışıb.

2018-ci il iyunun 23-nə qədər müdafiə sənayesi naziri vəzifəsində mərhum Yavər Camalov çalışıb.

Həmin tarxdə o vəfat etsə də yerinə kimsə təyin edilməmişdi.

Lakin 2019-cu il yanvarında Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əsasında “ Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman vermişdi.

Dövlət başçısı bu gün, iyunun 20-də verdiyi başqa bir fərmanla da “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” özünün verdiyi fərmanı ləğv edib.

Aradan keçən bu 5 ayda isə Müdafiə Sənayesi Nazirliyinin saytı fəaliyyət göstərib. Orada müdafiə sənayesi nazirinin müavini Yahya Musayevin müxtəlif işgüzar görüşləri ilə bağlı məlumatlar yer alıb.

Input your search keywords and press Enter.