Gündəm
“Əlifba” kitabının müəllifi vəfat edib

Bu gün “Əlifba” kitabının müəllifi, 94 yaşlı professor Yəhya Kərimov vəfat edib.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Y. Kərimov Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
Professor 2006-cı ildə “Şöhrət” ordeninə də layiq görülüb.
O, bu gün anadan olduğu Qax rayonunda dəfn olunub.
You must log in to post a comment.