“Əliyev dövlət quruluşunu monarxiyaya dəyişir” – Milli Şuradan sərt etiraz və çağırış

Milli Şura Azərbaycanda Konstitusiyaya dəyişikliklər haqda referendum aktı layihəsinə münasibətini açıqlayıb.

Milli Şuradan azadliq.info-ya daxil olan sənəddə deyilir:

Ölkə başçısı İlham Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə iyulun 18-də sərəncam imzalayıb. Layihəyə əsasən Konstitusiya maddələrinə bir neçə əlavə və dəyişikliklər nəzərdə tutulur. Bunların içərisində ən mühümləri prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, deputat və prezident seçilmək üçün mövcud olan yaş məhdudiyyətinin (müvafiq olaraq 25 və 35 yaş) aradan qaldırılması, prezidentə Milli Məclisi buraxmaq və nöbədənkənar prezident seçkisi təyin etmək səlahiyyətinin verilməsi, 1-ci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin yaradılması, dövlətə xüsusi mülkiyyət toxunulmazlığını məhdudlaşdırmaq hüququnun tanınması kimi müddəalardır. Əslində, nəzərdə tutulan referendumun məqsədi də məhz bu müddəaları Konstitusiyaya daxil etməkdən ibarətdir.

Bu müddəalar toplu halda ölkədə indiki hakim ailənin davamlı və qeyri-məhdud hökmranlığına qanuni əsaslar yaratmağa xidmət edir. Bu dəyişikliklərin qəbulu Azərbaycanda artıq xeyli vaxtdır faktiki tətbiq edilən monarxiya quruluşunun qanuniləşməsi demək olardı. Başqa sözlə, İlham Əliyev öz ailəsinin əbədi hakimiyyətini təmin etmək üçün dövlət quruluşunu faktiki konstitusiyalı monarxiyaya dəyişmək niyyətindədir.

Azərbaycanda onsuz da hakimiyyət bölgüsü prinsipi pozulub və prezidentlik institutu üstün səlahiyyətlərə malikdir. Lakin nəzərdə tutulan dəyişikliklər bu “superprezidentlik” institutunu da möhkəmləndirmək məqsədi güdür. Əgər prezidentin istədiyi vaxt Milli Məclisi buraxmaq hüququ yaranacaqsa, deməli, parlament hakimiyyət qollarından biri kimi olan-qalan funksiyasını da itirəcək və onun mövcudluğu formal xarakter daşıyacaq.

Bundan başqa 1-ci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılması prezidentliyin gələcəkdə maneəsiz indiki hakim ailə üzvlərindən birinə ötürülməsi mexanizmini yaratmaq üçündür. 1-ci vitse-prezident və vitse-prezidentləri birbaşa prezident təyin edir, onların təyinatını parlamentin təsdiqləməsi belə, nəzərdə tutulmur. Belə birbaşa təyinatlı vəzifə sahibinə həm də supersəlahiyyətli prezidenti o olmadığı təqdirdə əvəzləmək hüququ vermək nəzərdə tutulur ki, bu da prezident səlahiyyətlərinin istənilən vaxt faktiki xalq tərəfindən seçilməmiş, parlament tərəfindən qəbul edilməmiş birinə keçməsi demək olacaq. Bunun başqa adı xalqı hakimiyyətin mənbəyi olmaqdan çıxarmaqdır. 1-ci vitse-prezident və vitse-prezidentlər postlarının təsis edilməsi hüquqi rəydə hakimiyyətin ötürülməsinin yeni mexanizmi kimi qəbul edilir və belə fikirlər hakimdir ki, bu mexanizm əslində hakimiyyətin hüquqi yolla ötürülməsindən daha çox İlham Əliyevin hakimiyyəti istədiyi şəxsə ötürməsinə xidmət edir. Eləcə də deputat və prezident seçilmək üçün yaş məhdudiyyətini götürmək niyyəti hakim ailənin daha gənc üzvləri üçün yaşıl işıq yandırmaq kimi qəbul olunur.

Əliyevlər hakimiyyəti Azərbaycan Konstitusiyasında bundan əvvəl də iki dəfə – 2002 və 2009-cu illərdəki referendumlarla dəyişikliklərə nail olub. Hər iki dəyişiklik hakimiyyətin ailə daxilində asan ötürülməsinə və ailə hakimiyyətinin ömrünü uzatmağa xidmət edib. 2002-ci ildəki dəyişikliklə dövlət hakimiyyəti iyerarxiyasında ikincilik parlamentin sədrindən alınaraq baş nazirə verilib, bundan sonra da İlham Əliyev baş nazir təyin olunub. 2009-cu ildəki dəyişikliklə isə bir nəfərin iki müddətdən atıq prezident seçilməsinə qoyulan qadağa Konstitusiyadan çıxarılıb və beləliklə, İlham Əliyevin prezident vəzifəsini müddətsiz əlində saxlamasına imkan yaradılıb.

Artıq xeyli dərəcədə ailə hakimiyyətinin maraqlarına uyğunlaşdırılmış Konstitusiyada indi növbəti mürtəce dəyişikliklərə hazırlıq görülür. Ölkənin əsas qanununu bir neçə ildən bir bu şəkildə, oxşar təkliflərlə və siyasi mülahizələrlə dəyişdirmək bütövlükdə onu hörmətdən salmaqdır və dövlətin ali qanunverici aktı kimi Konstitusiyanın nizamlama rolunu aşağı endirir.

Konstitusiyaya bu dəfə təklif olunan dəyişikliklər içində şəxsi mülkiyyətin toxunulmazlığı prinsipini aradan qaldırmaq da nəzərdə tutulur ki, bu, təkcə dövləti hörmətdən salmaq yox, həm də onun iqtisadiyyatına ağır zərbə vurmaqdır. Əgər Konstitusiyaya, nəzərdə tutulduğu kimi, hökumətə şəxsi mülkiyyəti məhdudlaşdırmaq hüququ verən müddəa salınsa, bu, avtomatik olaraq belə rəy yaradacaq ki, Azərbaycanda qanunla mülkiyyət toxunulmazlığı prinsipi yoxdur. Bunun da nəticəsi biznesin ölkədən qaçması və iqtisadi böhranın daha da dərinləşməsi olacaq. Bu dəyişiklik həyata keçəcəyi təqdirdə, ölkə vətəndaşlarının şəxsi mülkiyyətlərinin hansı miqyasda təhlükə qarşısında qalacağını anlatmağa isə gərək yoxdur.

Milli Şura beynəlxalq birliyə müraciət edir. Azərbaycan hakimiyyəti bir sıra beynəlxalq hüquqi öhdəliklər götürüb və ölkədə faktiki monarxiyanı qanuniləşdirmək istəyi həmin öhdəliklərə zidd və onların pozulmasıdır. Azərbaycan Avropa Şurasının və ATƏT-in üzvü kimi mütərəqqi dünyada qəbul edilmiş universal demokratik dəyərlərə sədaqət və onları inkişaf etdirmək öhdəliyinə malikdir. Avropa Şurası və ATƏT də qarşılıqlı olaraq Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsini təmin etməyə mükəlləfdir. Eyni qarşılıqlı münasibət və öhdəliklər Azərbaycanın üzv olduğu və qoşulduğu başqa Qərb strukturları ilə də mövcuddur. Eləcə də Azərbaycanla ikitərəfli münasibətlərdə olan Qərbin demokratik dövlərləri bu ölkənin bütün standartları ilə onların “ailəsinə” qoşulması marağından çıxış etməlidir. Bu baxımdan Milli Şura həm də beynəlxalq təşkilatlardan və bütövlükdə Qərb dünyasından Əliyevlər ailəsinin Azərbaycanı orta əsr çağlarına doğru dartıb monarxiyalaşdırmasına etiraz etmələrini gözləyir.

Milli Şura bəyan edir ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər əhatə dairəsinə görə təkcə siyasi qüvvələri maraqlandıracaq miqyasda deyil, bütün vətəndaşlarımızın maraq və mənafeyinə zərbə vuracaq gücdədir. Babaları hələ 20-ci əsrin əvvəlində bütün Şərqdə ilk cümhuriyyəti qura bilmiş bir xalq olaraq, dünyanın indiki inkişaf dövründə monarxiya quruluşuna qaytarılmağı özümüzə həqarət bilməliyik. Bu dəyişikliklərin qəbul edilməməsi üçün Milli Şura mövcud qanunlar çərçivəsində əlindən gələni edəcək. Lakin bütövlükdə Azərbaycan cəmiyyəti Milli Şuraya dəstək vermək, nəzərdə tutulan dəyişikliklərin qarşısını ala bilmək barədə düşünməli və qanunun yol verdiyi şəkildə hərəkətə keçməlidir. Bu dəyişikliklər həyata keçsə onun acısını hətta iqtidar düşərgəsində təmsil olunanlar da daxil olmaqla, cəmiyyətimizin bütün üzv və təbəqələri dadacaq. Ölkədə bir ailənin mütləq hakimiyyəti bərqərar olacaq və vətəndaşlarımız nəinki siyasi, həm də sosial-iqtisadi hüquqlardan (o cümlədən mülkiyyət hüququ) məhrum olmaq kimi riskli bir dövrə qədəm qoyacaq. Buna görə də Milli Şura Azərbaycan xalqını öz hüquq və haqları uğrunda fəallığa, Konstitusiyaya təklif edilən bu dəyişikliklərə “yox” deməyə çağırır.

24saat.org

Paylaş:

“Azərbaycanda prezidentlik institutu ləğv edilməlidir”

Sonrakı Yazı »

Dini kəsimi birləşdirən məxfi kod-114

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    3 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox