2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Əliyev idmandan siyasi mənfəəti üçün istifadə edir”

Almaniya mətbuatı Azərbaycan və Almaniya milli komandalarının Dünya Çempionatı seçmələrinin qrup mərhələsi oyunu öncəsi Azərbaycandakı ictimai-siyasi duruma diqqət çəkib.

Süddeutsche Zeitung” qəzeti yazır ki, Almaniya milli komandası insan haqlarının vəziyyətinin katastrofik həddə olduğu Azərbaycanla oyuna hazırlaşır. Həbs edilən insan haqları aktivistləri və jurnalistlərinin sayı kritik həddə çatıb. Mətbuat və fikir azadlığına basqılar səbəbilə Azərbaycan Sərhədsiz Reportyorlar Təşkilatının sıralamasında Avropanın futbol seçmələrində iştirak edən istənilən ölkədən geridədir – hətta “Avropanın sonuncu diktatoru” Lukaşenkonun rəhbərliyi altında olan Belarusiyadan da. Ölkədə azad mətbuat yoxdur və ya xaricdən fəaliyyət göstərir. Son illər isə vəziyyət daha da pisləşib.

Saytların yığılması Saytlarin yigilmasi

Məqalədə o da bildirilir ki, İlham Əliyevin avtoritar idarəçiliyində idman mərkəzi rol oynayır. Bakıda son illər Avropa Oyunları və Formula-1 yarışları keçirilib. Bakı həmçinin 2020-ci il futbol üzrə Avropa Çempionatının 3 qrup oyununa və ¼ final oyunlarına ev sahibliyi edəcək.

“Spiegel” qəzeti də oyun qabağı Azərbaycan barədə məqalə yayımlayıb. Məqalədə qeyd edilir ki, dünya ictimaiyyəti Azərbaycan haqda iki mövzuda danışır: idman və insan haqları. Almaniya milli futbol komandasının Azərbaycana səfəri ərəfəsində hər iki mövzu aktualdır.

Almaniyanın Sosial Demokrat Partiyasının (SPD) Bundestaq fraksiyasının insan haqları məruzəçisi Frank Schwabe və onun həmkarı Michaela Engelmeier “Milli komanda Bakıda. İdmanda insan haqlarına diqqət” başlığı ilə birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, ailəsinin illərdir ölkəni zəbt etdiyi İlham Əliyev bu oyundan öz siyasi mənfəəti üçün istifadə edəcək.

Bundan başqa bildirilir ki, ölkədə müxalifət və jurnalistlər təqib və təzyiqə məruz qalır, həbs edilir. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova saxta ittihamlarla həbs edilib. Sonradan azad edilsə də, ölkədən çıxışına qadağa qoyulub.

İlkin

 

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button