Loading...
Loading...
Gündəm

Əliyev pakistanlı generalı qəbul edib

Prezident İlham Əliyev iyunun 21-də Pakistanın Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edib.

Məlumatı prezident.az saytı yayıb.

Görüşün detalları haqda məlumat verilmir.

Son həftələrdə Pakistanın bir neçə yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olublar. Daha öncə Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın, daha sonra Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlmişdi.

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Qamar Caved Bacvanın səfəri çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, hərbi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

24 saat” “Əliyev pakistanlı generalı qəbul edib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button