Xəbərlər

Əliyev və Ərdoğan Füzuli beynəlxalq aeroportunu açıblar

Loading...

Bakı/26.10.21  Bu gün AzərbaycanTürkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə beynəlxalq aeroportun açılışı olub.

Dövlət başçıları erməni işğalından azad olunmuş ərazilərdə inşa edilmiş ilk hava limanı binasının qarşısındakı qırmızı lenti kəsiblər.

Əliyev və Ərdoğan Qarabağın “hava qapısı”nın rəmzi açarlarını nümayiş etdiriblər.

Füzulidə beynəlxalq aeroport rekord qısa müddətdə – 8 ay ərzində inşa edilib.

İlk sərnişin və yük sınaq reysləri sentyabrın 5-də Bakıdan həyata keçirilib.

Aeroporta beynəlxalq status verilib.

Aeroportun uçuş-eniş zolağının uzunluğu 3000 metr, eni 60 metrdir.

Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub.

Azad edilmiş ərazilərdə daha iki hava limanı Zəngilan və Laçında (Laçın və Kəlbəcər rayonlarının qovşağında) inşa edilir.

Əliyev və Ərdoğan bir sıra digər infrastruktur layihələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edəcəklər. –06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button