Xəbərlər

Əliyev və Erdoğanın görüşündə Azərbaycan-İran münasibətlərinə toxunulub

Loading...

Bakı/27.10.21 AzərbaycanTürkiyə prezidentləri İlham Əliyev və Recep Tayyip Erdoğan Zəngilandakı görüşlərində Bakı və Tehran arasında son vaxtlar yaranmış gərginliyi müzakirə ediblər.

Erdoğan Türkiyəyə qayıtdıqdan sonra jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan prezidenti bu məsələdə prinsipial və qətiyyətli mövqe tutur.

“Biz İlham Əliyevlə bu məsələni müzakirə etdik. Azərbaycan prezidenti qətiyyətli mövqeyindən geri çəkilmir. O qeyd edib ki, İsraillə münasibətlər Azərbaycanın digər ölkələrlə əlaqələrindən fərqli deyil və bundan sonra da belə olacaq. Ölkələr qərarların qəbulu mexanizmi məsələsində bir-birinə təzyiq göstərmək hüququna malik deyillər”, deyə Erdoğan bildirib.  

O, “Tehranın sağlam düşüncə ilə hərəkət edəcəyinə və İran və Azərbaycan arasında problem olmayacağına” ümid etdiyini bildirib. -06/16Â-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button