Loading...
Loading...
Xəbərlər

Əliyevlər yenidənqurma işlərindən sonra "Fatmeyi Zəhra” məscidini ziyarət ediblər

Bakı/06.01.22Yanvarın 6-da prezidenti İlham Əliyev və  xanımı Yeni Günəşli qəsəbəsindəki “Xanım Fatmeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi, eyni vaxtda ən çoxu 500-550 nəfər ibadət edə bilirdi. İndi isə məsciddə eyni zamanda 1800 nəfər ibadət edə biləcək.

Məscid kompleksini diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.

2010-cu ildə hakimiyyət  bu məscidi sökmək istəyirdi, tikintisi uzun müddət yarımçıq qalmışdı. Lakin bu qərar dindarların etirazları ilə əlaqədar ləğv edildi.

Həmin vaxt dövlət başçısının sərəncamı ilə məscid Qafqaz Müsəlmanları İdarəsinin balansına verildi.

2019-cu ildə məscidin yenidən qurulmasına başlanılmışdı.–05D06–

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button