Loading...
Loading...
Manşet

Əliyevlərin pulları Avropada necə dolaşır?

Dünyanın 17 kütləvi informasiya vasitəsi Azərbaycan rejiminin Avropadakı maliyyə cinayətlərinin təhqiqatı ilə bağlı şok faktlar yaymağa başladı…

(Yazı Fransanın Le Monde qəzetindən götürülüb)

Cəmi bir neçə həftə əvvəl internetdə aktiv olan fotolar, videoçarxlar, gerçək həyəcanları göstərirdi.  Four Seasons Florence otelinin dəbdəbəli baxçaları göz oxşayırdı. Atəşfəşanlıq, İntibah dövrünün heykəlləri fonunda İranlı «qızıl oğlan»ın toy mərasimi keçirilirdi. İl 2015, ay iyun.

35 yaşlı Əli Sədr Haşeminejad özünün əzəmətli qonaqları arasında xoşbəxt bir təbəssümlə parlayır. Onun qonaqları arasında Maltanın baş naziri Jozef Muskat şəxsən, üstəlik də bir nömrəli məsləhətçisi və qərargah rəisi Keyt Şembri ilə birlikdə xüsusi yer tutur. Bu ölkə gənc Əli Sədr üçün özəl məna ilə fərqlənir, çünki 2013- cü ilin sonlarından başlayaraq, o bu kiçik Avropa ölkəsində, yəni Maltada xudmani bir bank yaradıb, bu bankın adı “Pilatus Bank”dır. Gənc bankir bilir ki, Amerikanın Federal Təhqiqatlar Bürosu onu qarabaqara təqib edir. Amma Malta hökuməti də bütün dəstəyi ilə sanki ehyam edir ki, qorxma, arxayındayıq və kimsə sənə heç bir şey edə bilməz: ona öz fəaliyyətini Avropa Birliyi ərazisində genişləndirmək üçün lisenziya da verirlər. Üstündən 3 il keçəndən sonra, indilərdə Əli Sədr mart ayının 19-dan bəri saxlanıldığı Amerikadakı həbsxana kamerasında həmin dəbdəbəli toy gününü, əlbəttə, yaxşı xatırlayır… Bu xatirələrə baxmayaraq, Amerikanın İrana qarşı sanksiyalarını aşkar şəkildə pozan bu gənc bankiri 125 illik həbs cəzası gözləyir. Onun Maltadakı bankının aktivləri üzərinə həbs qoyulub. Facebook və İnstagram səhifələrində yerləşdirilmiş toy şəkillərindəki qonaqlar da indi haralardasa, uzaqlarda görünürlər…

«Qızıl oğlan»ın bu faciəli çöküşünün əsas səbəbkarı isəəlbəttə, ötən ilin oktyabr ayının 16-da öz avtomobilində terror yolu ilə məhv edilən Maltalı jurnalist Dafne Qaliziyanın araşdırmaları ilə başlamışdı. Maltalı xanım jurnalist bu bankla Malta hökumət arasında, eləcə də Azərbaycan prezidentinin qohumları arasında əlaqələri aşkara çıxarmışdı. Dafne şübhələnmişdi ki, Pilatus Bank çirkli pulların yuyulması da daxil olmaqla, bir çox şübhəli əməliyyatları həyata keçirməklə məşğuldur. Əli Sədr isəo həddə qədər «yüksəldi» ki, onu Maltada yox, Amerika Birləşmiş Ştatlarında həbs edilməklə mükafatlandırdılar.

Le Monde və başqa 17 KİV «Dafne layihəsini»ni davam etdirməyə qərar verdilər. Maltada və Avropanın başqa ölkələrində, eləcə də Amerika Birləşmiş Ştatlarında 5 aylıq birgə fəaliyyətin nəticəsində belə qənaətə gəldik ki, “Pilatus Bank” Maltada fəaliyyət göstərən bir Azərbaycan bankıdır.

Bu Malta bankı Azərbaycanın iki qüdrətli ailəsinin maliyyə əməliyyatlarının platsdarmı kimi istifadə edilib. Onlardan biri lap bu yaxınlarda 86 faizlik səslədördüncü dəfə prezident seçilən İham Əliyevin, o birisi isə Azərbaycanın FövqəladəHallar naziri Kəmaləddin Heydərovun ailəsidir ki, “Pilatus Bank” da bu ailələrə aid olan pulların Avropaya, həm də Maltada qeydə alınmış şirkətlər vasitəsilə investisiya kimi istiqamətləndirilməsi üzrə «ixtisaslaşdırılıb». Bu şirkətlərin hamısının “Pilatus Bank”da hesabları var və onlar Avropa ərazisində otellər, restoranlar, başqa obyektləəldə ediblər.

BeləlikləƏli Sədr Haşeminejadın çöküş tarixçəsi İrandan başlayaraq, Malta üzərindən Venesuelaya qədər davam edir. Bu gənc biznesmen isə dünyanın ən qüdrətli maliyyənəhəngləri ilə bir sırada dayanmağı, onlarla birgə layihələr üzərində işləməyi xəyal edirdi. Maraqlıdır ki, bu hekayətin Fransada da uzantıları var. Onlar burada, Fransada hələ 2015- ci ildən başlayaraq bankrot olmuş şirkətləri də almaqla çirkli pulların ağardılması ilə məşğul olurlarmış…

Bu hekayətin əvvəlinə baş vurmaq üçün biz mütləq Dafne Qaliziyaya istinad etməliyik. Xanım jurnalist “Pilatus Bank” haqqında ilk dəfə 2016- cı ildə yazmağa başlayıb. O zaman bu tarixçədə baş nazir Muskatın «sağ əli» olan cənab Şembrinin adı keçir. Bu il isə Maltada çirkli pulların yayılması ilə mübarizə agentliyi “Pilatus”da araşdırmalara başladı. Agentlik üzə çıxarıb ki, “Pilatus Bank”da prezident İlham Əliyevin qızı Leyla Əliyeva və Kəmaləddin Heydərovun övladları başda olmaqla, 50 nəfərə qədər azərbaycanlı siyasilərə aid hesablar var.

Məhz, 2017- ci ildə Dafne Qaliziya bankın sabiq rusiyalı əməkdaşı Mariya Yefimova ilə görüşəndən sonra “Pilatus Bank”a hücumu davam etdirir. M.Yefimova iddia edirdi ki, bankın saxlancında baş nazir Jozef Muskatın həyat yoldaşının Azərbaycan prezidentinin qızı Leyla Əliyevadan bir milyon avro aldığını sübut edən sənədləri öz gözləri ilə görüb. Yəni, əməliyyat “Pilatus Bank” üzərindən aparılıb. Bu açıqlamanın elan edildiyi gün, aprelin 20-də yerli televiziyalar Əli Sədr Haşeminejatı əlində böyük bir baqajla bankdan çıxdığı zaman yaxalamışdılar. Baş nazir isə əlbəttə, bu əməliyyatların olduğunu qətiyyətlə inkar edirdi. O, tələm-tələsik növbədənkənar seçkilər təyin etdi və həmin seçkiləri də qazandı.

Gözdən qaçırmayın:  Rusiyalı turistlər Türkiyədə ilişdi: kartlar bloklanıb, otellərə borcu ödəmək olmur

O zamanlar bu «yasaq tarixlər»in təhqiqatı Muskatın ailəsi ilə bağlı bank köçürmələri barədə gerçəyi üzə çıxara bilmədi. Amma biz bu müddəərzində apardığımız araşdırmalar zamanı hər iki ailəyə (Muskat və Əliyev) aid olan çoxlu sayda maliyyəəməliyyatlarının üstünü aça bildik.

Kimberley Holdings, Argyle Holdings, Heritage Asset Holdings … Bunlar Əliyev vəHeydərov ailələrinin bank köçürmələri ilə uğraşan, Avropa Birliyi ərazisində məxfi investisiyaların yatarılması  ilə məşğul olan  şirkətlərdən bəzilərinin adlarıdır. Malta isətəsadüfən seçilməyib. Azərbaycan və Malta arasında əlaqələr 2013- cü ildəLeyboristlərin lideri kimi seçkiləri qazanan Jozef Muskatın qələbəsindən sonra möhkəmlənməyə başlayıb. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngindir. Malta hökumətinin başçısı da həmin zaman Azərbaycanın SOCAR şirkətinə İstilik Elektrik Stansiyasının tikilməsini həvalə edir…

…Bu arada Azərbaycandakı hakimiyyət adamlarının qohumları çox şübhəli şəkildə, bir- birinin dalınca Pilatus Banka pul yatırmağa başlayırlar. Maltanın Maliyyə Cinayətləri Agentliyi öz araşdırmalarında yazır ki, Azərbaycandan olan siyasi şəxslər bu pulların mənşəyi ilə bağlı yetərli sübutlar təqdim etməyiblər və bunların çirkli pul olmadığnın dəlilləri yoxdur. «Pulların hərəkəti tamamilə şübhəlidir, anonimlik adı altında saxta əməliyyatlar həyata keçirilib, çoxlu sayda hesabların olmasına baxmayaraq bu hesabların hamısına iki mənbədən giriş haqqı verilib, daxili bank köçürmələrindən çox istifadə edilib, yəni pulların eyni bankda birindən o birinə köçürülməsi şübhəli dərəcədə çoxdur». Buna baxmayaraq, o zamanlar hələ Pilatus -a fəaliyyətini davam etdirmək üçün lisenziya da verilir.

Azərbaycanlıların zənginliyi isə təəssürat yaradır. Məsələn, nazir olmasına baxmayaraq, Kəmaləddin Heydərov meyvə şirələrindən tutmuş, kimya sənayesi, spirtli işkilər, hətta pianino da istehsal edir və bütün bunlar Azərbaycandakı korrupsiyanın rəngini müəyyən edə bilir. Onun Nicat və Taleh adlı oğlanları da biznes adamlarıdır. Əlbəttə, bu yolun əsas yolçusu «Don Karleone» titulunu bərkitmiş Əliyevin klanıdır.

2014- cü ilin yayından başlayaraq Maltaya Azərbaycan şirkətlərinin axını qeydə alınır. Təqdim edilən səhmdarların izi isə Normand adalarına, Yeni Zelandiya ərazisinə qədər gedib çıxır, həmin yerlərdə isə bu şirkətlərin «kukla» menecerlərinin İngiltərə və Avstriya vətəndaşı olan ruslar olduğu görükür. Cəmi bir neçə il ərzində bu şirkətlərin Avropa ərazisində on milyonlarla avro investisiya yatırdıqları bəlli olur. Marbelyedə 3,9 milyonluq dəbdəbəli malikanə, İspaniyada xudmani dənizkənarı kurort, Gürcüstanda 2 milyon avroluq otel kompleksi və… Fransa fabriklərinə yatırılan bir neçə milyon avro… Kefləri necə istəyirsə, elə də hərəkət edirlər.

Nicat və Taleh Heydərovlar Fransada anlaşılmaz əməliyyatlar yolu ilə şirkətlər əldə edirlər. Bu əməliyyatlardan isə şirkətlərin menecerləri və işçiləri xəbərsiz olurlar. Məsələn, çini qablar istehsal edən JL Coquet et Jaune de Chrome, yüksək standartlı yataq ağları istehsal edən D. Porthault kimi iri istehsal sahələrinin taleyi belə gətirib. Azərbaycanlı milyarder ailəsinin Fransada aldığı, 180 nəfər personalın çalışdığı şirkətlər 2014 və 2015- ci illərdə satılıb. Həmin ərəfədə bu şirkətlər dövlətə verilən hesbatlarda bankrot elan edilib, sonra isə onları Lüksemburqda və Maltada olan yeni sahibləri idarə etməyə başlayıblar. Alqı- satqı prosesini isə Heritage Collection qrupundan olan Filipp Nquyen adlı iş adamının vasitəsilə həyata keçiriblər. Əlbəttə, alqı- satqı prosesində həqiqi səhmdarların adları gizlin saxlanılıb, amma araşdırıb üzə çıxarmaq mümkün olub ki, bu yeni səhmdarlar Kəmaləddin Heydərovun Nicat və Taleh adlı övladlarıdır. Niyə onlar Fransaya daşıdıqları bu pulları Malta üzərindən köçürüblər, həm də istəməyiblər ki, öz adları hallansın? Axı, bu adamların bu qədər pulu hardan əmələ gəlir? Bu sual Fransadakı banklardan birini məşğul edib, onlar da özlərini narahat edən bu pul axını haqqında Maliyyə kəşfiyyatına sorğu veriblər. Sorğu o ərəfədə verilib ki, Lüksemburq üzərindən növbəti 500 milyon avro köçürülüb. Amma o zaman bu maliyyə əməliyyatına bəraət qazandıran hansısa sənədləri təqdim ediblər və söhbət ölüb.

Filipp Nquen bu məsələlər barədə Le Monde-un suallarına cavab verməyib. Şirkətin vəkili də cavab verməməkdə israrlı olub. Vasitəçilərin vəkilləri də müştərilərinin Azıərbaycanlılar üçün işlədiklərini boyunlarına almaqdan imtina ediblər. Deyiblər ki, «bizim müştərilərimiz çirkli pulların yuyulması ilə və ya buna bənzər başqa şübhəli işlərlə məşğul olmurlar». Amma hər halda Nicatın və Talehin vəkilləri təsdiq ediblıər ki, onların müvəkkilləri öz pullarını Maltadakı Pilatus Bankda saxlayırlar». Buna baxmayaq, israr ediblər ki, bu pullar çirkli deyil, şirkətlərin apardığı əməliyyatlarda da şübhəli bir şey yoxdur. Bəzi investisiyaların anonimliyinin qorunmasını isə investorların təhlükəsizlik istəkləri ilə izah ediblər. Nicatın və Talehin atası pullarının korrupsiya mənşəli olduğunu inkar edərək «Azərbaycan beynəlxalq aləmdə ən hörmətli dövlətlərdən biridir» şəklində yekunlaşdırıb. Əliyev ailəsindən isə sualların heç birinə cavab verilməyib.

Çini mallar istehsal edən J.L. Coquet fabrikinin meneceri Christian Le Page isə «heyrətdən sarsılaraq» belə cavab verib ki, o hələ 3 il bundan əvvəl buna bənzər suallara cavab verib. «Fars körfəzindən, Özbəkistandan aksionerlər var, amma Azərbaycandan olanlar yoxdur». Gerçəyi bu qədər gizlətmək nəyə lazım imiş, anlaşılmır. Bu anlaşılmazlıqlara baxamayaraq həmin gerçəklər Əli Sədrin Amerikada həbs edilməsindən sonra üzə çıxmağa başlayır. 5 ölkənin pasportunu cibinə qoyub bütün dünyada rahatca səhayət edən Əli Sədr Vaşinqton tərəfindən həbs ediləndən sonra. Bu həmin gün idi ki, Pilatus bankın sabiq əməkdaşı Mariya Yefremova Maltadakı istintaqın əlindən qaçaraq Yunanıstanda polisə təslim olmuşdu. Yunanıstanda isə 3 həftə araşdırma apardılar, Yefremovanın heç bir cinayətinin olmadığını üzə çıxararaq onu sərbəst buraxdılar.

Əli Sədri isə bu cür güzəştlər gözləmir deyəsən. Amerika federallarının ona qarşı ittihamları arasında əsas yeri bu tutur ki, Əli Sədr atası,- İranda tikinti, bank və neft sektorunda böyük layihələrə müəlliflik edən Strauss adlı şirkəti ilə İranın Bill Qeytsi adlanan Məhəmməd Sədr Haşemi Nejatın maliyyə maxinasiyalarında hansı yollarla vasitəçi olub. Bu, Amerikadakı prokurorun rəsmən irəli sürdüyü ittihamlardan biridir. İttihamlarda göstərilir ki, Əli Sədr 2011-2013- cü illər ərzində Venesuelada atasının Straus adlı şirkətinin vasitəçisi olaraq Neft Şirkəti üçün 115 milyon dollarlıq 7000 ev tikib. Bu sxem ofşor şirkətlər vasitəsilə və Amerikanın bank sistemini istifadə edərək həyata keçirilib. Əli Sədrin atası isə «Le Monde»-a müraciət edərək bildirib ki, bunlar doğru deyil, amerikanların «qəsdidir»: «O pullar heç zaman İrana daxil olmayıb, həmişə xaricdə təkrar investisiyalar kimi istifadə edilib. Straus şirkətinin vəkili suallarımıza cavab verməyərək Amerikanların ittihamını «bankirin nüfuzunu zədələmək üçün düşünülmüş manipulyasiya» adlandırıb.

Əli Sədr Maltada bu qədər rahatlıqla necə bank qura bilərdi ? Baxmayaraq ki, burası hər halda Avro-zonadır, üstəlik, yerli hakimiyyət bu şəxsi amerikanların təqib etdiklərini bilirdilər. Avropa Mərkəzi bankı Malta hökumətinin verdiyi yerli qərarlara görə Pilatus Bankın fəaliyyətinə nəzarət etməyib. Maltada Çirkli pulların yuyulmasına qarşı Mübarizə agentliyi isə israr edirdi ki, onlar həmişə gərəkli yoxlamaları aparıblar.

Hər halda, indi vəziyyət belədir ki, Malta hökuməti Pilatus bankın fəaliyyətini dondurrmağa məcbur olub. 2016- cı ilin sonlarında 300 milyon dollarlıq aktivləri olan bankın fondunda qalan 126,9 milyon avro üzərində həbs qoyulub…

azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button