Əliyevlərin yedək “müstəqilliyi”! - 24 saat xəbərlər
Now Reading:
Əliyevlərin yedək “müstəqilliyi”!
Full Article 2 minutes read

Əliyevlərin yedək “müstəqilliyi”!

Xaliq Bahadır

“Qazaxstandan qayıdandan DƏRHAL sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı DƏRHAL ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib” (virtualaz. orq saytı).
Əliyevlərin başlıca rüşvətdaşıyanlarından olan Səməd Seyidov dünən (bazar günü) ABŞ-ı Əlliyevlərlə bağlı sanksiya qərarında tələsməməyə çağırmışdı. Bunun açması “tələsməyin, iş günü başlayan kimi Mehman Hüseynovu açıb buraxacağıq” deməkdi.
Bir neçə gün qabaq yayılmış yazımda (“3 milyard dollarlıq qalmaqal – yeraltı çaylar… Okeana axır”) Əliyevlərin Azərbaycan sınırlarını aşıb dünyaya yayılan özbaşınalıqlarının arxasında ABŞ-ın, anqlosaks birliyi ilə Əliyevlərin uğurlu alver faktının dayandığını yazmışdım. Sanksiya gərəyini önə çəkməklə. ABŞ istəsəydi, Əliyevləri çoxdan hakimiyətdən salar, ən azı, onları ailəliklə qanuna düzərdi, istəmir. Nədən? Əliyevlərin əlilə Azərbaycanı sonunadək sümürmək istəyindən!
Budur, ABŞ senatında Əliyevlərlə bağlı SANKSİYA söhbəti ortaya gələn kimi birinci vitse-prezident iki aydan bəri köç saldığı gözəl Parisdən, prezident getdiyi Qazaxstandan, başqa Əliyevlər dünyanın ayrı-ayrı yerlərindən tez-tələsik Bakıya axışıb, bütün ailəliklə SANKSİYALARI önləmə qərarı verdilər. Azərbaycanı AİLƏLİKLƏ soyub-yağmalamaqla yığdıqları milyardlar onlara yalnız yığım üçün deyil, eləcə də il uzunu bütün dünyanı gəzib (Paris başda olmaqla!) kef çəkmək üçündür! Bir Mehman Əliyevə, başqa bir sıra siyasi dustağa görə onlar dünyalarca keflərindən qala bilərlərmi?!
Bütün başqa siyasi dustaqlar kimi, Mehman Əliyevi də birbaşa İlham Əliyev tutdurub, İlham Əliyev də buraxdıracaq. Nədən? Ailənin dünyalarca kefinə soğan doğrayacaq SANKSİYALARIN qorxusundan!
Əliyevlər 24 illik hakimiyətləri boyunca Azərbaycandan 100 milyard dollardan artıq pul oğurlayıblar. O pulların hamısı ABŞ-İngiltərə birliyinin ayıq-sayıq gözətimi altındadır. Anqlosaks birliyinin çoxillik korrupsiya ortağı olaraq Əliyevlər o birlikdən çox asılı olduqlarını gözəl bilirlər. Onlar indiyədək üçyanlı olaraq çoxlu oyun oynayıblar – Azərbaycanı, Azərbaycan xalqını oyun obyektinə çevirməklə!
ABŞ gözdən düşdütyünü görərək, oyun sınırlarını çox aşan Əliyevlərə yerlərini göstərmək istəyir. Aradakı çoxillik oyunun onlar üçün uğursuzluqla bitəcəyi qorxusundan, Ailə mesajı (sanksiya mesajını) göydə tutdu: “Ağa deyir: sür dərəryə, sür dərəyə!”
“Azərbaycan müstəqil dövlətdir, biz müstəqil siyasət yürüdürük” (İlham Əliyev)! Əliyevlər 24 ildir (bütövlükdə, 48 il!) “müstəqil” siyasət yürüdürlər, ancaq… yedəkdə!
P.S. Qarşıdan çətin bir seçki – prezident seçkisi gəlir, bu seçkini udmaq üçün Əliyevlər güclü dünya ilə indiyədək olduğiundan qat-qat böyük bazarlıqlarda bulunacaqlar – sanksiyalardan qorunmaqla!

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.