Now Reading:
Əməkdaşımız vertolyotla Xınalığa yollandı, alpinistlərin axtarışını izləyəcək

Fövqəladə Hallar Nazirliyi Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını izləmək üçün bir qrup media nümayəndəsinin Xınalıq qəsəbəsinə səfərini təşkil edib.

Media nümayəndələri əraziyə xüsusi vertolyotla gediblər. Jurnalist qrupunun tərkibində virtualaz.org-un əməkdaşı Gülnar Əliyeva da var.

Jurnalistlər axtarış aparılan ərazilərdə axtarış-xilasetmə əməliyyatını izləyəcəklər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.