Now Reading:
Əməliyyatdan sonra burnunu bəyənməyən qız özünü öldürmək istədi

Əməliyyatdan sonra burnunu bəyənməyən qız özünü öldürmək istədi

Bakıda estetik əməliyyat keçirən gənc qız həyatına son qoymaq istəyib.

24saat.org Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini 21 yaşlı Aytən Qulamova (ad və soyad şərtidir) Şıxov çimərliyində dənizə girərək intihar etməyə cəhd göstərib.

Qızın “Eldorado” hotelinin yaxınlığında dənizə girdiyini görən şəxslər dərhal polis çağırıblar.

Sahilə toplaşan insanların çağırışından sonra A.Qulamova dənizdən çıxıb.

Məlum olub ki, A.Qulamova son vaxtlar burnundan iki dəfə estetik əməliyyat keçirib. Lakin əməliyyatların nəticəsi onun ürəyincə olmayıb və qız dərin stress keçirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Input your search keywords and press Enter.