Loading...
Loading...
Cəmiyyət

“Əmlakımı qaytarın!” – Həbsdə olan keçmiş icra başçısı bəraət istəyir

11 il müddətinə azadlıqdan məhrum edilmiş Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev barəsindəki hökmdən narazıdır.

Onun vəkili Ceyhun Yusifov qərardan apellyasiya şikayəti verib. Müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinə təqdim etdiyi ərizədə sabiq başçıya bəraət verilməsini və müsadirə olunmuş əmlaklarının özünə qaytarılmasını istəyib.

Qeyd edək ki, Mahir Quliyev 2011-2020-ci illərdə Biləsuvarın icra başçısı işləyib. 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və isriaf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilib, əmlakları müsadirə olunub. Biləsuvar RİH-ə vurduğu 3,2 milyon manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddianın ödənilməsi ilə bağlı qərar çıxarılıb.

24 saat” ““Əmlakımı qaytarın!” – Həbsdə olan keçmiş icra başçısı bəraət istəyir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bakıda kirayə ev axtaranlar üçün pis xəbər - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button