2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSosial

“Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir”

İqtisadçı hesab edir ki, ötən il əhalinin ümumi siyahıya alınması prosesi doğru aparılmayıb

“COVİD-19 virusu Azərbaycanda bir sıra problemlərin olduğunu üzə çıxardı. Hansı ki, mövcud idarəçilikdə bu problemin olduğunu deyirdik, ancaq pandemiya dövrü belə problemlərin olmasını təsdiqlədi”.

İqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, həmin problemlərdən ən birincisi ölkənin rəsmi statistikasının, məlumat bazasının reallıqla uzlaşmamasıdır.
İqtisadçının fikrincə, məsələn, ötən il əhalinin ümumi siyahıya alınması yalandan keçirilib:

Saytların yığılması Saytlarin yigilmasi

“Ölkədə rəsmi göstəriclərlə müqayisədə işsizlərin sayı ən azı 4-5 dəfə, yoxsulların sayı isə ən azı 5-6 dəfə çoxdur. Əhalinin sayına gəlincə, bunu dəqiq bilən yoxdur”.

Qubad İbadoğlu deyir ki, ikinci böyük problem iş yerləri ilə bağlıdır. Azərbaycanda yeni açılmış iş yerlərinin sayı passiv VÖEN-lərin, torpaq mülkiyyətçilərinin hesabına kifayət qədər şişirdilib:
“Bundan əlavə, kölgə iqtisadiyyatının miyqasları, gizli məşğulların sayı təsəvvür edildiyindən də çoxdur. Korrupsiyanın ən çox yayıldığı sahələrdən biri də sosial təminat sistemidir. 190 manat birdəfəlik yardım almaq üçün müraciət edənlərin bəzilərinin adına onların xəbəri olmadan əmək müqavilələri, sosial müavinətlər, subsidiya ödənişləri rəsmiləşdirilib”.
İqtisadçı deyir ki, daha böyük bir problem isə internet xidməti ilə bağlıdır. Bu ərəfədə ölkədə internetin sürətinin çox aşağı olduğu məlum olub:
“İnternet xidmətinin sürəti az, keyfiyyəti aşağıdır. Bu ərəfədə tez-tez kəsintilər olur”.
İqtisadçıya görə, daha böyük bir problem isə bəzi dövlət orqanlarının Çağrı Mərkəzləri ilə bağlıdır. Belə ki, həmin mərkəzlər insanların müraciətlərini cavablandırmaq gücündə deyil:


“Ən çox şikayət 142 saylı telefon xidmətindən oldu. Eyni zamanda, bəzi dövlət orqanlarının onlayn xidmətləri müraciətlərə adekvat qurulmadığından tez yüklənir və qısa müddətdə çökür. Ən çox şikayət e-sosial.az saytından gəldi”.

Qubad İbadoğlu əlavə edir ki, aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişlər, o sıradan haqqı ödənilən ictimai işlərə görə əmək haqqı, işsizlikdən sığorta haqlar, sosial müavinətlər və yardımlar ünvanlı şəkildə ödənilmir. Başqalarının adına yazılaraq mənimsənilir:
“Regional məşğulluq idarələri, sosial müdafiə mərkəzləri icra hakimiyyətlərinin başçıları ilə bu məqsədlə birlikdə fəaliyyət göstərir. Dövlət idarəçiliyində öhdəlik çox, məsuliyyət azdır. Sistemli yanaşma və əlaqələndirilmə işi zəifdir. Şəffaflıq və hesabatlıq yoxdur. Məsul şəxslərin baş verənlərə münasibəti adekvat deyil. Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir. Bu nazirlikdə ciddi struktur və kadr dəyişikliklərinə ehtiyac var”.
Sonda iqtisadçı deyir ki, əhalinin hakimiyyətdən, hakimiyyətin də əhalidən gözləntiləri gerçək ehtiyaclar üzərində qurulmayıb. Onun fikrincə, bu, ən böyük problemdir:


“Hakimiyyət çalışır ki, əhaliyə sosial dəstək proqramı çərçivəsində az vəsait xərcləsin. Əhali isə çalışır ki, hakimiyyətdən ehtiyacları qədər dəstək qazansın”.
Meydan TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən iqtisadçının dediklərinə münasibət öyrənə bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

6 şərh

  1. Mən çox gözləyirdim ki
    bizədə 190 AZN yardım olar
    Mənim adımda maşın yoxdur
    Amma mənə bu mesaj gəlib
    Adınızda iki və daha çox nəqliyyat vasitəsi olduğundan sizi müraciətiniz imtina edilib
    Yəni imtina mesajı gəldi.
    Amma fakt budur ki ayın əvvəlində
    Nəqliyyat vasitəsi olanlarda 190 AZN müavinəti aldılar.

  2. duzgun baxilmir.Anam 59 yasi var 130 m pensiya alir,atam62 yasi var islemir,190 m vermir ki yoldasin pensiya alir.130m dolanmaq olarmi.bunun komunali,yemeyi var.Qardasim kafede isleyirdi o da baglandi hec harda islemir,yoldasida islemir 190 m pulu vermedi ki adina 07 markali masininiz var.qapida durur masin yesinler?

  3. mənim 61 yaşım var ayda 130m penisya alıram yoldaşımın isə 63 yaşı var penisyada almır serroz xesdesidi ayda neçə manat dermanlarına pul verirem 130m dolanmaq olur??yoldaşıma sms gelibdiki yoldaşınız penisya alır.bu haqqsızlıqdı

  4. Men 15 ildi kiraye yawayiram.nermanov erazisinde.2 az yawli övladim var.yoldawim hec harda iwlemir.agir emeliiyat kecirdib.agir iwde iwleye bilmir.qohumlarin komeyile kreditle mawin alinib.gune muz iwleyirdi.bizde qeydiyyatdan kecdik.yoldawima mesaj geldiki 4.1.3.maddesi ileki adinda torpaq var.hansiki o torpaqki insan ayagi deymeyen yerde dagin bawinda wahbuzda yerlewir..menede mesaj geldiki erinin adinda mawin var..erim 38 gundu evdedi qadagan olundu iwlemeye.bawa duwuruk.onda 2 uwaq ata ana nece dolansin?kiraye pulun nece verek?.veziyyetim cox pisdi.olduqca pis.xahiw edirem aydiyati qurumlardanki bize bir komeklik gostersinlet.o pula cox idi ehtiyacim.lap cox.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button