Loading...
Loading...
İqtisadiyyat

Ən çox qazanan kino ulduzları AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Qlobal əyləncə sektorunun qabaqcıl nəşrlərindən olan “Variety” jurnalı çəkildikləri filmlərə görə ən çox qazanan aktyorların adlarını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərəli aktyor Deniel Kreyq “Knives Out” filminə görə aldığı 100 milyon dollarlıq qonorarla siyahının ilk pilləsinə yüksəlib.

Onu bir filmə 50 milyon dollara razılaşan Amerikalı kino ulduzu Dueyn Conson izləyir.

“King Richard” filminə görə 40 milyon dollar qazanc götürəsi olan Hollivud ulduzu Vill Smit isə siyahısının üçüncü pilləsində qərarlaşıb.

Vill Smit bu pilləni “The Little Things” filmi ilə 40 milyon dollar qazanan tanınmış Amerikalı aktyor Denzel Vaşinqton ilə bölüşür.

Siyahının beşinci pilləsində “Don`t Look Up” filminə görə 30 milyon qonorar alan Leonardo DiKaprio və “Spenser Confidential” filminə görə eyni məbləği alan Mark Uolberq qərarlaşıb.

Daniel Craig en çok kazanan oyuncular listesinde zirveye yerleşti: Film başına 100 milyon dolar - 10

Bu il də Hollivudda ulduzların aldığı qonorar mövzusunda cinsi bərabərlik gözlənilməyib. Belə ki, siyahının ilk onluğunda təkcə 3 aktrisa yer alıb ki, onlar “Don`t Look Up” filmi ilə 25 milyon dollar qazanan Cennifer Lourens, eyni məbləğdə qonorar almaqla onunla eyni pilləni bölüşən Sandra Ballok (“The Los City of D”) və Culiya Roberts (“Leave the World Behind”) olub.

Kanadalı tanınmış kino ulduzu Rayan Qoslinq isə “The Grey Man” filminə görə 20 milyon dollar qazanmaqla siyahısının ilk onluğunda özünə yer tapıb.

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button