Now Reading:
Ən çox satılan smartfonlar (SİYAHI)

Ən çox satılan smartfonlar (SİYAHI)

“Canalys” analitik şirkəti cari ilin üçüncü rübündə ən çox satılan smartfonları açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, tədarükə görə birinci yeri 13 milyon ədəd həcmində satılan “iPhone 7” modeli tutub.

İkinci pillədə təxminən ikiqat fərqlə 7,9 milyonluq tədarük həcmi ilə “iPhone 6s” smartfonu qərarlaşıb. Sonrakı yerlərdə müvafiq olaraq 7,8 və 7,2 milyon tədarüklə nisbətən ucuz “Samsung Galaxy J2 Prime” və “Oppo A57”, eləcə də təkmilləşdirilmiş “Oppo R11” modelləri qərarlaşıb.

Məlumata görə, “Apple” şirkəti rüb ərzində təxminən 46,7 milyon smartfon tədarük edib. Bunun 11,8 milyonu sentyabrda buraxılan yeni “iPhone 8” və “8 Plus” smartfonlarının payına düşüb.

Maraqlıdır ki, “iPhone 8 Plus” modeli “iPhone 8”-dən daha populyardır. Onların tədarük həcmi müvafiq olaraq 6,3 və 5,4 milyon təşkil edir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.