Loading...
Loading...
Ulduz falı

Ən narsist BÜRCLƏR – Kimlər özündən başqa heç kimi bəyənmir?

Yəqin ki, çoxlarımızın ətrafında özünə və istəklərinə həddən artıq dəyər verən, digərlərinin maraqlarını, düşüncələrini qəti şəkildə rədd edən insanlar var.

Bu xüsusiyyətləri daha radikal formada daşıyan insanlar isə narsist hesab oluna bilər. 

24saat bizim.media-ya istinadən xəbər verir ki, bəzi bürclərin nümayəndələrində narsizm özünü daha çox büruzə verir.

Həmin narsistlərin siyahısını təqdim edirik:

1. Şir

Aslan bir yerə girəndə hamı tərəfindən görülməyi, bütün gözlərin ona çevrilməsini istəyir. Şirlər ən narsistik bürclər siyahısında ilk yerdə qərarlaşıblar. O, ən gözəl, ən ağıllı, ən yaraşıqlı, ən güclü və hadisələrə ən çox hakim olmaq istəyir. İçində olanı ən yaxşı o bilir. Əgər yeni mühitdə kifayət qədər diqqəti cəlb etmirsə, bu, o, xoşuna gəlmir və o mühitdə çox qalmaq istəmir.

2. Qoç

Qoç həm ikili, həm də sosial münasibətlərdə özünü ön planda görür. Ətrafındakıların onun istəklərini, dediklərini yerinə yetirməsini, ətrafındakıların gündəlik işlərini onun cədvəlinə uyğun təşkil etməsini istəyir. Çünki onun işi, günü hər şeydən daha önəmlidir. Əgər onlar nəyisə etməyi beyinlərinə qoyublarsa, heç bir şəxs onların istəklərinin qarşısını almaq iqtidarında deyil.

3. Əqrəb

Su ünsürü olsa da sərtliyi ilə seçilən əqrəblər ilk növbədə öz istədiyini əldə etmək istəyir. Əqrəb nəyisə istəyirsə, digər insanların gözləntiləri və istəkləri ikinci plandadır. İlk növbədə onun istəkləri yerinə yetirilməlidir. O, özlərini başqalarının yerinə qoymaqda çətinlik çəkirlər. Lakin maraqları təhlükə altında olarsa, çox düşüncəli ola bilər.

4. Dolça

Şən və gülərüz davranışı və sosial vəziyyətlərdə sevinc saçan Dolça bürcünün qaranlıq tərəfləri də var. Bu tərəf onların öz həyat prioritetləri işə düşəndə ​​ortaya çıxır. O, soyuq, uzaq bir insana çevrilir. Öz içinə çəkilir və qapısını ətrafdakıların baxışlarına bağlayır. Bu mənada Dolça da bəzən diqqətəlayiq narsisistik xüsusiyyətlərə malikdir.

5. Qız

Vasvasılığı ilə seçilən və hər şeyin öhdəsindən gəlməyin yolunu tapan Qız bürcünü məmnun etmək çətindir. Onlara görə, hər kəsin gözəçarpan eyibləri var. Qız ən yaxşısını bilir, Qız ən gözəli seçir, Qız ən uyğununu tapır. Onlar hər şeyi tənqid edərək insanlara çətin anlar yaşatmaqda da mahirdirlər.

6. Buğa

Buğaların ən diqqətçəkən özəlliyi qərarlarında qəti olmalarıdır. Buğa bürcünün nümayəndələri yeni ideyalara qapalıdırlar. Məsləhətləri bir qulaqlarından alıb, obirindən verirlər. Onlar yeni insan qruplarına, yeni mühitlərə qarşı da daha qapalıdırlar. Onlar üçün konfort zonaları əvəzolunmazdır. Çünki onlar nə istədiklərini və necə rahatlıq tapa biləcəklərini yaxşı bilirlər.
Buğa bürcünü yeni təcrübələrə inandırmaq da çox çətindir.

24saat

Ulduz falı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun