AZ24SAAT.ORG

Now Reading:
Ən varlı və ən kasıb rayonlar – MAAŞLAR, SİYAHI

Azərbaycanda əhalinin ən yüksək və an aşağı maaş aldığı rayonlar məlum olub.

Ölkə üzrə orta aylıq əmək haqqının 541 manat ətrafında olmasına baxmayaraq bəzi rayonlarda orta maaş bundan iki dəfədən də aşağıdır. Orta aylıq əmək haqqından yuxarı maaş isə yalnız Bakı şəhərindədir.

Statistika Komtiəsinin açıqladığı məlumata əsasən xəbər verir ki, 2018-ci ilin ilk 6 ayının nətiələrinə görə, orta nominal aylıq əmək haqqı 541 manatdır.

Ayrı-ayrı rayon və şəhərlərə gəlincə,  ölkə üzrə ən yüksək orta aylıq nominal əmək haqqı olan ilk 10 şəhər-rayon bunlardır:

Bakı şəhəri (789 manat),

Sədərək rayonu ( 472 manat),

Gədəbəy rayonu ( 447 manat),

Şirvan şəh (445 manat),

Naxçıvan şəh (444 manat),

Sumqayıt şəh (428 manat),

Kəngərli rayonu (417 manat),

Şuşa rayonu (409 manat),

Şərur rayonu (406 maat),

Ordubad rayonu (406 manat).

Göründyü kimi, Bakı şəhərini çıxmaqla, ölkənin he bir şəhər rayonunda orta aylıq əmək haqqı 500 manata çatmır. Bu sırada Naxçıvan rayonlarının yüksək yer tutması diqqəti çəkir və çox güman ki, maaşların yüksək olması ilə yanaşı, vergi nəzarətinin də güclü olması ilə əlaqədardır. Gədəbəydə maaşların yüksək olması isə bu rayonda qızıl hasilatı şirətlərində işləyən işçilərin maaşları hesabınadır.

Ölkə üzrə ən aşağı orta aylıq nominal əmək haqqına malik olan 10 rayon isə aşağıdakılardır:

Qax rayonu ( 256,2 manat),

Ağdaş rayonu (256,3 manat),

Zərdab rayonu (256,9 manat),

Ağdam rayonu (259,3 manat),

Ağcabədi rayonu (259,7 manat),

Tərtər rayonu (262,8 manat),

Bərdə rayonu (265,2 manat),

Beyləqan rayonu (266 manat),

Zaqatala rayonu (268 manat),

Göyçay rayonu (269,6 manat).

İqtisadi rayonlar üzrə ən yüksək orta aylıq nominal əmək haqqı Naxçıvan Muxtar Respublikasında (426 manat), ən aşağı əmək haqqı isə Yuxarı Qarabağ iqtisadi rayonunda (279,7 manat) olub.

 

FED.az

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.