Now Reading:
Ərəblər Bakı hotellərini alır

Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb: onlar başlıca olaraq yeni binalar və hotellərə maraq göstərir, hətta paytaxtda hotellərin tikinti şəraiti ilə maraqlanır.

Milli.Az Abc.az-a istinadən bildirir ki, başlıca olaraq təkliflər Qətər və İraq vətəndaşlarından daxil olur, son vaxtlar adıçəkilən ölkələrdən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artır.

“Onlar öz turistlərinə hotellərdə özləri xidmət göstərmək istəyir, belə ki, ölkəyə gələn ərəb vətəndaşların çoxu öz mətbəxlərinə üstünlük verir. Bu, əsas səbəblərdən biridir.

Ərəb investorları, əsasən, Bakının mərkəzində olan binalar maraqlandırır, bəzi hotellər artıq satışa çıxarılıb”, – deyə Azərbaycanın Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib. O, həmin hotellərin adlarını açıqlamaq istəməyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.