Dünya

Ərdoğan Əsədlə görüşə biləcəyini deyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər əl-Əsədlə görüşə biləcəyini istisna etmədiyini deyib.

2012-ci ildə Suriyada vətəndaş müharibəsi başlanandan bəri Ankara və Dəməşq qatı düşmənçilik mövqeyi tutublar.

Ərdoğan noyabrın 23-də jurnalistlərə deyib:

“Əsədlə görüş baş tuta bilər. Siyasətdə kin-küdurət olmur. Tez və ya gec biz bəzi addımları ata bilərik”.

Türkiyə prezidenti bu görüşün nə vaxt baş tuta biləcəyi barədə əlavə məlumat verməyib. Ərdoğan Misir prezidenti Əl-Sisi ilə də ikinci görüşünün nə vaxt ola biləcəyini deməyib.

Türkiyənin Misir və Suriya ilə münasibətləri 2010-cu illərin əvvəllərindən pisləşib.

Əsəd Suriyada demokratiya tələb edən etirazçılara divan tutduqdan sonra Ankara Suriya müxalifətini fəal dəstəkləməyə başlayıb.

Ərdoğan Misir prezidentini də daim kəskin tənqid edib.

Ankara və Qahirə arasında münasibətlər Misirdə demokratik yolla seçilmiş ilk islamçı prezident Məhəmməd Morsi hərbi çevrilişlə devrildikdən sonra korlanıb.

“Hürriyyət” qəzetinin verdiyi məlumata görə, Ərdoğanın Əsədlə görüşü Türkiyədə 2023-cü il seçkilərindən əvvəl baş tuta bilər.

Ərdoğanın Əsədlə görüşə biləcəyinə ümidlər onun Qətərdə Əl-Sisi ilə görüşündən sonra daha da güclənib.

“Hürriyyət” yazır ki, Ərdoğan-Əsəd görüşündən əvvəl, çox güman, iki ölkə arasında bir sıra diplomatik təmaslar olacaq.

Ekspertlər bildirirlər ki, Əsəd-Ərdoğan görüşündən əvvəl xarici işlər nazirlərinin və ya kəşfiyyat rəhbərlərinin görüşləri keçirilə bilər.

Təhlilçilər bunu da qeyd edirlər ki, hətta Ərdoğanın Əsədlə görüşünün baş tutacağı təqdirdə də Suriyadakı vəziyyətin sabitləşməsi üçün bütün hallarda ABŞ, İran, İsrail, Rusiya və İordaniya kimi ölkələrin bu prosesdə iştirakı lazım gələcək.

Ekspertlər bunu da istisna etmirlər ki, Ərdoğanla Əsəd arasında görüş hər hansı üçüncü bir ölkədə də ola bilər.

Məsələn, Rusiya prezidenti Vladimir Putin əvvəllər Ərdoğanla Əsədin görüşünü təşkil etmək təşəbbüsü ilə çıxış edib.

24 saat” “
Ərdoğan Əsədlə görüşə biləcəyini deyib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Gündəmdən düşməyən toy! ABŞ prezidenti Baydenin nəvəsi həyat yoldaşı ilə birlikdə Ağ Evə köçür

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button