Dünya

Ərdoğan Ankarada keçirilən ABŞ-Rusiya danışıqlarının uğurlu olduğunu deyir

Türkiyə prezidenti administrasiyasının verdiyi məlumata görə Ərdoğan bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı səsləndirib

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan deyib ki, bu yaxınlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam BörnsRusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkin arasında Ankarada keçirilmiş danışıqlar Ukraya ətrafında “nəzarətsiz” eskalasiyanın cilovlanmasında mühüm rol oynayıb.

Bu danışıqların Türkiyə Milli İstixbarat Təşkilatının (MIT) vasitəçiliyi ilə keçirildiyi xəbər verilmişdi.

Türkiyə prezidenti administrasiyasının verdiyi məlumata görə Ərdoğan bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı səsləndirib.

Ərdoğan Putinə habelə Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair razılaşmanın uzadılmasna görə təşəkkürünü bildirib.

Noyabrın 17-də Börnslə Narışkin arasında danışıqlardan sonra Ərdoğan Türkiyə xüsusi xidmətlərinin verdiyi məlumata istinadla bəyan etmişdi ki, hazırda nə ABŞ, nə də Rusiya nüvə silahından istifadə etməyi planlaşdırmır.

Moskva danışıqlar barədə susur

ABŞ və Rusiya kəşfiyyat idarələri başçıları arasında üzbəüz görüş həftənin əvvəlində Ankarada keçirilmişdi.

Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan bəri iki ölkə arasında belə yüksək səviyyədə keçirilən ilk görüş idi.

ABŞ prezidneti Co Baydenin administarsiyasından verilən məlumatda deyilir ki, sözü gedən görüşdə Ukrayna müharibəsi fonunda Moskvanın nüvə hədələri müzakirə olunurdu.

Rusiya tərəfi danışıqların təfərrüatlarını açıqlamır. Nə Kreml, nə də XİN bu barədə heç bir məlumat verməyiblər.

Ukrayna prezidenti Volodimir Zelenski israr edir ki, Moskva ilə dialoq yalnız Rusiya qoşunları Ukraynanın ərazisindən tam çıxarıldıqdan və Kreml belə təcavüzün bir daha baş verməyəcəyinə qarantiyalar verdikdən sonra mümkün ola bilər.

Kreml bildirir ki, Ukraynanın irəli sürdüyü şərtlər onun üçün məqbul deyil.

24 saat” “
Ərdoğan Ankarada keçirilən ABŞ-Rusiya danışıqlarının uğurlu olduğunu deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ukraynanın şərqində ağır döyüşlər gedir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button