Now Reading:
Ərdoğan hədələdi: “Lazım gəlsə, “S-400”lərdən istifadə edəcəyik”

Türkiyə ehtiyac yaranarsa Rusiyadan alınan “S-400” zenit-raket komplekslərindən istifadə edəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Biz sadəcə “S-400”ləri alıb, onları anbara yerləşdirəcəyik. Ehtiyac yaransa onlardan istifadə edəcəyik.

Bunlar müdafiə sistemləridir. Onsuz biz nə edə bilərik axı? Nədir, yoxsa yenə ABŞ-a bel bağlayaq?”, -deyə Türkiyə lideri yerli telekanallara verdiyi açıqlamada bildirib.

Ərdoğan Ankaranın bir neçə il ərzində Vaşinqtondan analoji müdafiə sistemləri istədiyini ancaq ABŞ konqresinin buna əngəl yaratdığını xatırladıb.

“Biz artıq belə vəziyyətdən təngə gəlmişdik. Rusiya bizim sorğulara kifayət qədər cəlbedici təkliflə cavab verdi.”, -deyə Ərdoğan diqqətə çatdırıb.

 

Oxu.az

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.