Loading...
Loading...
SEÇMƏ

Ərdoğan: “Putin “Baykar”la birgə işləmək istəyir”

Yayımlandı: 27 İyul 2022 18:01

Haluk Bayraktar: “Rusiyaya silahlı pilotsuz uçuş aparatı satmayacağıq”

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana hərbi sənaye sahəsində əməkdaşlıq təklif edib.

Bu barədə Türkiyə dövlət başçısı hakim Ədalət və İnkiışaf Partiyasının toplantısında danışıb.

Ərdoğan bildirib ki, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Bayraktar” və “Akıncı” İHA-nın memarı Baykarla işləmək istəyirlər.

“BƏƏ mənə “Burada Baykarın fabrikini tikə bilərik” deyə bir təklif etdi”, – Türkiyə Prezidenti söyləyib.

Rəcəb Tayyib Ərdoğan. Foto: Meydan TV

Ancaq R.T.Ərdoğanın kürəkəni Səlcuq Bayraktarın qardaşı və “Baykar Technology” şirkətinin baş direktoru Haluk Bayraktar Rusiyaya SİHA (silahlı pilotsuz uçuş aparatı) satmayacaqlarını bildirib.

Bu barədə o, “CNN International”-a müsahibəsində söyləyib.

Haluk Bayraktar Türkiyənin Ukraynanı dəstəklədiyini bəyan edib:

Türkiyə ilə Ukrayna arasında xüsusilə aviasiya və kosmos sahəsində strateji əlaqələr mövcuddur. Türkiyə silahlı dron texnologiyası ilə Ukraynaya dəstək verir. Biz Rusiyaya heç nə ötürməmişik, tədarük etməmişik və heç vaxt belə bir şey etməzdik. Çünki biz Ukraynanın müstəqillik və suverenlik uğrunda müqavimətini dəstəkləyirik”.

Haluk Bayraktar. Mənbə: CNNtürk

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun qənaətincə, indiki vəziyyətdə Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir:

“Çünki Rusiya Türkiyəyə S-400 raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma da var”.

E.Şahinoğlu hesab edir ki, mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər:

Elxan Şahinoğlu foto Meydan TV
Elxan Şahinoğlu. Foto: Meydan TV

“Digər tərəfdən, Rusiyanın “Bayraktar” əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir.

“Kim zəmanət verə bilər ki, Rusiya “Bayraktar”lar əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?”,-deyə Şahinoğlu sual edib.

Meydan TV

Gözdən qaçırmayın:  Müsavat başqanının müşaviri həbs olundu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button