2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan, Putin və Rəisi – rəqiblərin çətin partnyorluğu

Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehranda İran və Türkiyə prezidentləri ilə danışıqlar keçirib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehranda İran və Türkiyə prezidentləri ilə danışıqlar keçirib.

Associated Press (AP) yazır ki, bu görüş Ukraynaya səbəbsiz və əsassız müdaxiləsinə görə Moskva üzərinə Avropa İttifaqı və Birləşmiş Ştatların ağır sanksiyalarının qoyulduğu bir vaxta təsadüf edir.

Xəbərdə deyilir ki, bu, Rusiya tankları Ukrayna sərhədini keçəndən bəri Vladimir Putinin xaricə ikinci səfəridir.

O İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanla danışıqlarda Suriya münaqişəsi və Ukrayna taxılının blokadaya alınmış limanlardan ixracı da daxil bir sıra kəskin regional məsələləri müzakirə etməli idi.

AP yazır ki, Qərb Rusiyanın sanksiya yükünü artırdıqca və bu çox bahalı kampaniya davam etdikcə Putin sanksiyalar məsələsində Moskva ilə eyni dərddə olan Tehranla münasibətlərin gücləndirilməsinə çalışır.

Xəbərdə deyilir ki, Ağ Evin iddiasına görə Rusiya rəsmiləri bu yaxınlarda Tehrandan Ukraynada istifadə etmək üçün döyüş dronları almaq məqsədilə azı iki dəfə mərkəzi İrandakı hərbi-hava bazalarından birinə baş çəkiblər.

Putin üçün mühüm səfər

AP yazır ki, Tehranın Mehrabad hava limanında Putini İranın neft naziri Cavad Ovci qarşılayıb.

Agentliyin məqaləsində deyilir ki, lakin Putin üçün bundan da mühüm olanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək imkanıdır.

Ərdoğan Rusiya-Ukrayna münaqişəsinin çözülməsində, habelə Ukrayna taxılının Qara dəniz üzərindən ixracının bərpa olunması məsələsində fəal vasitəçilik etməyə can atır.

Digər tərəfdən NATO üzvü olan Türkiyə Suriya və Liviyadakı münaqişələrdə Rusiya ilə qarşıduran tərəfləri dəstəkləyib, üstəlik Ukraynaya Rusiyaya qarşı döyüşlərdə fəal istifadə olunan döyüş dronları satıb.

Amma bunlarla yanaşı Türkiyə Kremlə qarşı Qərb sanksiyalarına qoşulmayıb və beləliklə, Moskvanın çox ehtiyacı olan partnyora çevrilib.

AP yazır ki, ağır inflyasiya və iqtisadi çətinliklərlə üzləşən Türkiyənin də Rusiya bazarına ciddi ehtiyacı var.

Tehranda Ərdoğanla görüşünün başlanğıcında danışan Putin Türkiyə prezidentinə “irəliləyiş üçün vasitəçilik etdiyinə görə” təşəkkürünü bildirib:

“Heç də bütün məsələlər hələki həllini tapmayıb, amma bu yaxşıdır ki, müəyyən irəliləyiş əldə olunub”.

Ərdoğan öz növbəsində ötən həftə İstanbulda keçirilən taxıl danışıqlarında Rusiyanın “çox, çox pozitiv yanaşmasını” təqdir edib.

AP yazır ki, Putinin Tehrana səfərinin onun daxili auditoriyası üçün də simvolik mənası var.

O getdikcə beynəlxalq aləmdə daha çox təcrid olunan Rusiyanın hələ də beynəlxalq oyunçu olduğunu nümayiş etdirmək istəyir.

ABŞ amili

AP yazır ki, Tehran danışıqları ABŞ prezidenti Co Baydenin İsrail və Səudiyyə Ərəbistanına səfərlərindən az sonraya təsadüf edir. Bunlar Tehranın əsas rəqibləri sayılan ölkələrdir.

24 saat” “
Ərdoğan, Putin və Rəisi – rəqiblərin çətin partnyorluğu
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button