Now Reading:
Ərdoğan: Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik

Şəhidimiz Musa Özalkanın vəsiyyətini yerinə yetirəcəyik.

Bunu “Zeytun budağı” əməliyyatında şəhid olan Musa Özalkanın tabutu başında danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bu nöqtədə şəhid övladımızın, inşallah, bu vəsiyyətini Türk milləti olaraq özümüz yerinə yetirərik, həll edərik”, – deyə Ərdoğan bildirib.

Yeri gəlmişkən, qeyd edək ki, MHP lideri Dövlət Baxçalının rəsmi sözçüsü Murat Çeliker özünün “Twitter” səhifəsində Afrin şəhidinin vasiyyətini – arzusunun reallaşdırılmasını MHP liderinin öz üzərinə götürdüyünü bildirmiş, “Şəhidimizin son arzusu yerinə yeriləcək. Ruhu şad, məkanı cənnət olsun”, – deyə yazmışdı.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.