Bizim tərcüməDünya

Ərdoğan xəbərdarlıq etdi… Paytaxtdakı qalmaqallı şou ilə bağlı İsveçdən ilk qərar! Bir-birinin ardınca izahatlar gəldi: “Mən bunu diffamasiya işi kimi qəbul etdim, amma…”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Rusiya-Ukrayna müharibəsindən sonra Finlandiya və İsveç bütün dünyada əks-səda doğuran bir qərarla NATO-ya daxil olmaq üçün müraciət prosesinə başladılar. Türkiyə, xüsusən də İsveçdə terrora verilən dəstək səbəbiylə, müəyyən şərtlərlə üzvlüyə razılıq verəcəyini bəyan edib. Prosesin davam etdiyi ötən günlərdə paytaxt Stokholmda terror tərəfdarları prezident Ərdoğanı hədəf alan çirkin nümayiş keçirib, Ərdoğana bənzəyən modeli ayağından asıb, sosial şəbəkələrdə qalmaqallı mesajlar paylaşıblar. Ərdoğan hadisə ilə bağlı verdiyi açıqlamada İsveçə xəbərdarlıq edərək, “Bu vəziyyətdən əl çəkməsələr, onlarla münasibətlərimizi daha da gərginləşdirə bilər” deyib. Lakin İsveç məhkəmə sistemi bu qalmaqalın “qanunsuz cinayət” olmadığına qərar verib. Hadisəni “İsveçin təhlükəsizliyi üçün təhlükəli vəziyyət” kimi şərh edən İsveçin baş naziri Ulf Kristersson Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqlarda heç bir dəyişiklik olmadığını düşündüyünü dilə gətirib.

İsveç mətbuatından olan Aftonbladet qəzeti Stokholmdakı hücumla bağlı məhkəmə qərarını paylaşıb. Mövzu ilə bağlı ilk qərarın verildiyi barədə məlumatların yer aldığı xəbərdə “qanunsuz cinayət törədilməyib” ifadəsi işlədilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzetə danışan İsveç prokuroru Lukas Eriksson hadisənin İsveç qanunlarına görə cəzalandırılmayacağına rəsmi qərar verildiyini bildirib:

“Mən bunu diffamasiya işi kimi qəbul etdim, lakin bunun diffamasiya olduğunu düşünmürəm. Ona görə də ilkin araşdırmaya başlamamaq qərarına gəldim”.

İsveçdən gələn bu diqqətçəkən qərarın təsirlərinin necə olacağı ilə maraqlanarkən, İsveç Baş naziri Ulf Kristersson da mövzu ilə bağlı açıqlamalar verib.

Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqlarda hələ də yaxşı nöqtədə olduqlarına dair fikirlərini bildirən Kristersson bu ifadələri işlədib:

“Danışıqların əsas məqamlarının dəyişdiyini düşünmürəm. İsveç və Finlandiya Madriddə Türkiyə ilə razılaşmada verdiyi vədləri yerinə yetirir”.

Kristersson hadisə ilə bağlı verdiyi ilk açıqlamada “Bu, İsveçin NATO-ya üzvlük müraciətinə qarşı bir təxribat olduğunu deyə bilərəm. Bu, İsveçin təhlükəsizliyi üçün təhlükəli bir vəziyyətdir” dedi.

Prezident Ərdoğan isə dünən “İsveçdəki bu vəziyyətə qarşı mövqe tutmasalar, İsveçlə münasibətlərimizi daha da gərginləşdirə bilər” mesajını vermişdi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button