Now Reading:
Ərzaq buğdasına tələbatımız niyə ödənilmir?

Ərzaq buğdasına tələbatımız niyə ödənilmir?

Vahid Məhərrəmov: “İdarəetmə və maarifləndirmədə peşəkarlar yoxdur”

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev taxılçılıqdakı problemlərdən də danışıb. Dövlət başçısı deyib ki, taxılçılığa bir milyon hektar torpaq sahəsi ayrılsa da, özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Prezident bnun arxasında bir çox məqamların olduğunu da söyləyib. O, hər il idxala təxminən 300 milyon manat pul ayrıldığını da deyib.
İqtisadçı-ekspert Vahid Məhərrəmov söyləyir ki, sözügedən problem tək indinin deyil, uzun illərin müzakirə predmeti olub. Yəni subsidiya verilməməsi, büdcə hesabına texniki avadanlıqların gətirilməsi vaxtı bir hissəsinin talan edilməsi deyiləndə, məmurlar buna başqa reaksiya verirdilər. Onlar ərzaq buğdasına olan tələbatın 90-80, bəzi hallarda isə 60 faiz yerli istehsal hesabına ödənildiyini iddia edirdilər:
“Bu sahədə olan korrupsiya əməllərini ört-basdır edərək problemi gizlətməyə çalışırdılar. Daha neftdən əvvəlki kimi maliyyə vəsaiti gəlmədiyi üçün problemi indi deyirlər.
Ərzaq buğdasına olan tələbatın ödənməməsinin əsas səbəbi də hakimiyyətdə və bu sahədə qeyri-peşəkarların təmsil olunmasıdır. Kəndlilər 20 ildir ki olmazın əziyyət çəkdiklərini dilə gətirirlər. Onlar mümkün istehsal vasitələri əldə edə bilmir, keyfiyyətli gübrə, su ilə təmin olunmurlar. Texnika çatışmazlığı var, məhsulun qısa müddətdə qurudulub anbarlara yığılmasına və çeşidlənməsinə resurslar tələb olunur. Bu sahəyə kifayət edən həddə kredit ayrılmır, fermer və kəndlilərin biznesi sığortalanmır. Bütün bunlar da sözügedən cahədə problemlər yaradır”.
V.Məhərrəmli deyir ki, vaxtında neftdən gələn gəlirlərlə bu məsələləri kökündən həll etmək olardı. Ekspert indi də problemin həll edilməsinin mümkün olduğunu, idarəetmə və maariflənmədə peşəkarların məşğul olmasını vacib sayır:
“Bu sahəylə peşəkarlar məşğul olmasa, problemin həll edilməsindən danışmaq olmaz”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.