Gündəm
Əsgər hərbi xidməti bitən gün həlak oldu

Onun ürəktutmasından öldüyü deyilir
Azərbaycan ordusunun hərbçisi, Ağsu sakini əsgər Saleh Füzuli oğlu Dəmirov həlak olub. Bu barədə Meydan TV-yə Ağsu sakinləri bildiriblər. Onlar əsgərin hansı səbəbə həlak olması barədə dəqiq məlumatlarının olmadığını söyləyiblər.
Ağsu Rayon İcra hakimiyyətindən Meydan TV-yə faktı təsdiqləyiblər. Əsgərin rayonda dəfn edildiyini söyləyiblər:
“İlkin məlumatda deyilir ki, o, ürəktutmasından dünyasını dəyişib. Ancaq sonradan əlavə məlumat verilibmi, verilməyibmi, bilmirik”.
Əsgər Saleh Dəmirov bu gün hərbi xidmətini başa vurub evə qayıdacaqmış.
Allah rəhmət eləsin!
You must log in to post a comment.