Loading...
Loading...
SEÇMƏ

Əsgərin təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən öldüyü bildirilir

Azərbaycan əsgəri həyatını itirib

Azərbaycan Ordusunun əsgəri Mehralı Məmmədovun mayın 27-də qeyri-döyüş şəraitində aldığı xəsarətlərdən vəfat etdiyi deyilir.

Kəlbəcər rayonunda müddətli həqiqi hərbi xidmət edən 2003-cü il təvəllüdlü Mehralı Məmmədovun Tovuz rayonunun Öksən kəndindən olduğu bildirilir.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Mehralı Məmmədovu tikinti işlərinə cəlb ediblər:

“Tikintidə təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün əsgər vəfat edib”.

Müdafiə Nazirliyi APA-nın sorğusuna cavab verib ki, əsgərin ölümüylə bağlı araşdırma aparılır.

Meydan TV

Gözdən qaçırmayın:  Conson: “Putinə etibar etmək olmaz, Ukraynaya yeni silahlar verilməlidir”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button