2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Əslən İrandan olan iki britaniyalı buraxılıb

Tehranla Londonun İrana çoxdankı borcla bağlı danışıq apardığı bildirilir

Saytların yığılması Saytlarin yigilmasi

Uzun illər İranda həbsdə qalmış, əslən İrandan olan iki britaniyalı buraxılıb. Tehranla Londonun isə İrana çoxdankı borcla bağlı danışıq apardığı bildirilir.

Britaniyalı deputat Tulip Siddiq martın 16-da tvitində yazıb ki, Nazənin Zağari- Raçlif “Tehranda aeroportdadır və evinə qayıdır”. Bir gün öncə İran hakimiyyəti onun Britaniya pasportunu qaytarmışdı.

Mossad üçün casusluq…

“Reuters” ikili vətəndaşlığı olan Anuş Aşurinin də ölkəni tərk etmək üzrə olduğunu bildirir. Açıqlamanı hər iki şəxsin vəkili Hocat Kermani verib.

Zağari-Raçfil 7 yaşlı qızı Qabrielanı ailəsi ilə görüşə aparanda həbs edilib. O, beş il həbsdə qalıb. Bunun dörd ilini Tehranın Evin həbsxanasında, birini isə ev dustaqlığında keçirib.

Aşuri isə 2019-cu ildə 10 il həbsə məhkum edilib. O, İsrailin Mossad kəşfiyyat agentliyi üçün casusluqda təqsirli bilinib. “Qanunsuz sərvət əldə etməyə” görə daha iki il həbs cəzası alıb.

“Amnesty International” Aşurinin qanunsuz saxlandığını, işgəncəyə məruz qaldığını, dəfələrlə vəkilsiz dindirildiyini, “etirafları” imzalamağa məcbur edildiyini bildirib.

500 milyon dollarlıq borc

Zağari-Raçfil isə dini isteblişmenti devirməyi planlaşdırmaqda təqsirli bilinib. Amma ailəsinin sözlərinə görə, İran hakimiyyəti ona deyib ki, Britaniyanın İrana 500 milyon dollara yaxın borcu ödəmədiyinə görə saxlanıb. Həmin borc onillər öncə sifariş edilən tankların çatdırılmamasına görə yığılıb.

İran rəsmiləri Britaniyanın həmin borcu Tehrana sanksiyalar səbəbindən ödəyə bilmədiyini deyir.

Britaniyanın Xarici işlər naziri Liz Trass martın 16-da bildirib ki, Britaniya “borcu ödəməyin yollarını axtarır” və Britaniyanın nümayəndə heyəti İrandadır. O, detalları açıqlamayıb.

24 saat” “
Əslən İrandan olan iki britaniyalı buraxılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button