Loading...
Loading...
Xəbərlər

Əvəz Zeynallı həbsdə qaldı

Amma 3 gün əvvəl, sentyabrın 17-də vəkil Elçin Sadiqovun apellyasiya şikayətinə baxılıb və o, ev dustaqlığına buraxılıb

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatəti bugün, sentyabrın 21-də Binəqədi Rayon Məhkəməsində təmin olunmayıb.

Bu barədə onun vəkili Aqil Layıc bildirib.

O, qeyd edib ki, Zeynallı məhkəmədə bir daha təqsirsiz olduğunu bildirib:

“Qərardan apellyasiya şikayəti veriləcək”.

Vəkil həmçinin qeyd edib ki, jurnalistə daha bir epizod üzrə yeni bir maddə – 312-1.1 (nüfuz alveri) əlavə olunub.

O əvvəlcə Cinayət Məcəlləsinin 311.3.3-cü ( küllü miqdarda rüşvətalma) maddəsi ilə ittiham edilirdi.

Həmin maddələr ilə şəxsə 12 ilə qədər həbs verilə bilər.

Xatırlatma

“Xural TV” internet televiziyasının rəhbəri Evəz Zeynallı vəkil Elçin Sadiqovla birgə sentyabrın 10-da saxlanılıb və onlar bir gün sonra həbs ediliblər.

O, rüşvətdə, vəkil isə buna vasitəçilik etməkdə ittiham edilir.

Zeynallı “Baku Steel Company”nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almada ittiham olunur. Sadıqov işadamı Məmmədovun vəkili idi.

Lakin onların heç biri özlərini təqsirli bilmir.

Amma 3 gün əvvəl, sentyabrın 17-də vəkil Elçin Sadiqovun apellyasiya şikayətinə baxılıb və o, ev dustaqlığına buraxılıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Qazaxıstan bankı Rusiyanın Mir kartından istifadəni dayandırır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button