Martın 16-da Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncamın icrasına başlanılıb.
2 saylı cəzaçəkmə müəssisəsində 31 nəfər məhbus əfv olunub. Buraxılan şəxslər arasında Rəşad Ramazanov, Qiyas İbrahimov, jurnalistlər Fikrət Fərəməzoğlu və Nicat Əliyev də var.
17 saylı CÇM-dən isə Elgiz Qəhrəman azad edilib.



Rəşad Ramazanov



İlkin Rüstəmzadə
Publicerat av Rashad Vaqifoglu Lördag 16 mars 2019
Publicerat av Rashad Vaqifoglu Lördag 16 mars 2019
9 saylı cəzaçəkmə müəssisəində isə keçmiş müstəntiq Rüfət Səfərov azadlığa buraxılıb.



17 saylı CÇM-də Elgiz Qəhrəman azadlığa buraxılıb.



Sabiq səhiyyə naziri Əli İnsanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.



Əli İnsanov
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və partiyanın üzvü Murad Ədilov azadlığa buraxılıb.
Həmçinin Nardaran hadisələrinə görə məhkum edilən bir neçə şəxs də azad edilib.