2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Әli Kәrimlidәn veteran cәbhәçiyә yubiley tәbriki

AXCP Oğuz rayon şöbəsinin sədri Yaşar Məmmədov- 60

 Hörmətli Yaşar bəy! Sizi, Xalq Azadlıq Hərəkatının və AXC-nin öncüllərindən, partiyamızın veteranlarından biri olaraq 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizin kimi həyatının yarısını vətənin müstəqilliyi, demokratiya, haqq-ədalət  uğrunda mübarizəyə həsr etmiş, Qarabağ müharibəsinə könüllü gedib ərazi  bütövlüyümüzü qorumaq üçün düşmənə qarşı qəhrəmancasına döyüşərək xəsarət almış, siyasi əqidəsinə görə uzun müddət çalışdığı işini itirmiş, maddi və mənəvi sıxıntılara rəğmən diktatura rejiminə qarşı barışmaz mövqeyindən çəkilməyən, əqidəli, vətənpərvər, prinsipial, fədakar ziyalımız və cəbhədaşımızla sonsuz qürur duyuram.

Saytların yığılması Saytlarin yigilmasi

Bu illər ərzində cəsarətiniz, təşkilat işlərindəki bacarığınızla, alicənablığınız və səmimiyyətinizlə partiya yoldaşlarınızın böyük hörmətini qazanmısınız, uzun illərdir AXCP Oğuz rayon şöbəsinin sədri seçilirsiniz və hazırda siyasi fəaliyyətinizi həm real, həm də virtual məkanda əzmlə davam etdirirsiz.

Sizə möhkəm cansağlığı, uzun ömür, demokratik və bütöv Azərbaycan quruculuğunda,  xalqa xidmət etmək arzunuzun gerçəkləşməsində və bu müqəddəs amallar uğrunda çətin mübarizə yolunda uğurlar diləyirəm. Allah sizi qorusun!

Hörmətlə, AXCP sədri Əli Kərimli

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button