Xəbərlər
“Azərmətbuatyayım”ın köşkünə basqın olub
Sumqayıt şəhərində şəhər sakini Nəsib Məliklinin işlədiyi “Azərmətbuatyayım” ASC-yə məxsus köşkə gəlmiş naməlum şəxs onu bıçaqla hədələyib kassadan 850 manat pul aparıb.
Bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Ariz Əliyev tutulub.