2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ƏƏSMN hərbi təqaüdçüləri təminat xərcliyindən məhrum etmək niyyətini inkar etmir

Bakı/07.01.22 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bəzi KİV-lərdə nazirliyi onların hüquqlarını pozan qanun üzərində işləməkdə ittiham edən hərbi təqaüdçülərin müraciətinə rəsmi münasibətini dərc etdirib.

“Hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır. Belə bir təklif mövcud deyil və düşünülmür də. Ümumiyyətlə pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik edilməyib. Əksinə 2019-cu ildəki sosial islahatlar çərçivəsində həmin şəxslərin pensiyalarında ciddi artım (orta hesabla 30%) tətbiq olundu. Hazırda da hərbi qulluqçuların pensiyası onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyi artdıqda da yenidən hesablanaraq artırılır”, deyə ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun məktubunu KİV-ə göndərən nazirlik bildirir.

Nazirliyin cavabında yeni qanunda bu ödəniş formasının olduğu kimi qalacağı deyilmir.

Saytların yığılması Saytlarin yigilmasi

ƏƏSMN-in bəyanatında 1 yanvar 2022-ci il tarixində hərbi qulluqçuların əmək haqlarının artırılması haqqında təklifi maraqlı məqam hesab etmək olar. Gələcəkdə onlar buna uyğun olaraq pensiya alacaqlar. Cavabdan hazırki hərbi qulluqçuların uzun illər sonra alacaqları pensiyanın hazırki hərbi təqaüdçülərin ehtiyaclarına nə aidiyyatı olduğu aydın deyil.

Hərbi təqaüdçülər prezident İ.Əliyevin ünvanına 6 yanvar tarixli məktublarında ƏƏSMN-i hərbi təqaüdçülərin hər il indeksasiya olunan pensiya və təminat xərcliyi hüququna məhəl qoymayan qanun layihəsi hazırlamaqda ittiham ediblər. Müraciət müəllifləri prezidentin diqqətini 1 yanvar 2022-ci il tarixindən etibarən on minlərlə Azərbaycan vətəndaşının pensiyalarında baş verən artımın hərbi təqaüdçüləri əhatə etmədiyinə çəkirlər.

Prezidentə müraciətin müəllifləri Turan-a bildiriblər ki, Nazirliyin cavab bəyanatında 2019-cu ildə pensiyaların artırıldığı bildirilir, bir halda ki, inflyasiya ildən-ilə pensiyaçıların real həyat səviyyəsini aşağı salır. “Bizim pensiyalarımızın və təminat xərliyimizin indeksasiyası üç ildə bir deyil, hər il həyata keçirilməlidir”, deyə məktubun müəlliflərindən olan Üzeyir Cəfərov bildirib.

Digər hərbi təqaüdçü Rövşən Məhərrəmov nümayəndə heyəti seçərək, onu prezident İ.Əliyevlə görüşə göndərməyi təklif edib. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button