2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Əbu-Bəkr” qaytarılır – Məscid yeni adla fəaliyyət göstərəcək

Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu-Bəkr” məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq.

Hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid “Cümə məscidi” adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil.

Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir. (Report)

24 saat” ““Əbu-Bəkr” qaytarılır – Məscid yeni adla fəaliyyət göstərəcək” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button