2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əbülfəs Qarayev: Hotellərin qiymətini tənzimləmək mümkün deyil

Saytların yığılması Saytlarin yigilmasi
Əbülfəz Qarayev
Əbülfəz Qarayev.

Nazim Bəydəmirli: ”Hotellər korporativ xidmət göstərirlər”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə hotellərinin xarici turizm şirkətlərinə otaq yerlərini daha ucuz, yerli turizm şirkətlərinə isə daha baha qiymətə satmasına münasibət bildirib.

Ə.Qarayev Trend-ə verdiyi açıqlamasında bildirib ki, bunu tənzimləmək mümkün deyil, hər bir hotelin özünün qiymət siyasəti var.

Nazir yerli hotellərin otaq yerlərini xarici şirkətlərə ucuz verməsinin səbəbini xarici şirkətlərin hotellərə bron sifarişlərini daha tez etməsi ilə əlaqələndirib: “Hər bir hotelin öz sistemi var. Hotellər qiymətləri korporativ təqdim edir. Qabaqcadan kim sifariş edirsə, onun üçün qiymətlər daha ucuz olur. Xaricdən sifariş olunan yerlər vaxt müddətinə görə daha tez olduğuna görə onlar bu yerləri daha əlverişli qiymətlərə alırlar. Hər bir müəssisə, hər bir hotel öz işini qabaqcadan planlaşdırmaq istəyir və ona görə də şirkətlərə imtiyazlar verir. Sifarişlər tez edilərsə, bu imtiyaz yerli şirkətlərə də verilə bilər”.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirmişdi ki, Azərbaycandakı hotellər yerli turizm şirkətləri ilə müqayisədə xarici şirkətlərə (onlara göndərilən turist sayına görə) öz otaq yerlərini çox ucuz qiymətə təklif edirlər: “Azərbaycanın turizm şirkətləri hotellərdən ucuz qiymətə yer ala bilmirlər və onlar xarici şirkətlərlə rəqabətdə uduzurlar. Bütün bunların nəticəsi olaraq, Azərbaycana səfərlər üçün xarici şirkətlərin təqdim etdiyi paketlərin qiymətləri Azərbaycan şirkətlərinin təqdim etdiyi paketlərin qiymətlərindən ucuz olur”.

AzTA rəsmisi hesab edir ki, hotellər yerli turizm şirkətlərinin marağını müdafiə etməlidir: 

“Əgər hotel yerləri Azərbaycanın turizm şirkətlərinə ucuz verilərsə, onda xarici turistlər də bizim özümüzün turizm şirkətlərindən turpaket almağa məcbur olacaqlar”.

İqtisadçı-alim Nazim Bəydəmirli nazirin fikirlərini Meydan TV-yə şərh edərkən bildirib ki, bazar iqtisadiyyatında heç bir sahibkar hotelinin boş qalmasını istəməz: “Turizm ölkələri kimi tanınan Türkiyə və Gürcüstanda hotel 60-70 faiz dolursa, çox effektvin iş sayılır. Elə ölkələr var ki, hotellərin dolma faizi 90 faiz civarındadır. Azərbaycanda bu barədə statistikanın olmaması təəssüfləndiricidir. Hotellər də dolma statistikasını açıqlamır ki, ekspertlər reytinqini müəyyənləşdirə bilsinlər. Həm də hotellərin əksəriyyəti daha bahalı olduğundan müştəriləri çox az olur. Belə hotellər korporativ xidmət göstərirlər, yəni dövlət tədbirlərinə yer ayırmaqla cari xərclərini qarşılayırlar. Bir çoxunin xərci yüksək olduğundan insanda belə təəssürat yaranır ki, bunlar turizmi cəlb etmək üçün inşa olunmayıb, maliyyə mexanizmlərilə rüşvət yolla əldə olunan vəsaitlərin “ağardılması”na xidmət edir”. 

Bölgələrdəki istirahət  mərkəzlərinə gəlincə, Nazim Bəydəmirli bildirib ki, qiymətlər yüksək, xidmət səviyyəsi aşağı olduğundan kifayət qədər narazılıqlar mətbuata çıxır:

Nazim Bəydəmirli foto Meydan TV
Nazim Bəydəmirli foto Meydan TV.

“Belə anlam yaranır ki, bölgələrdə mərkəzlər yerli turistləri qane etmir. Ona görə daxili turizm zəif inkişaf edir və orta gəlirli vətəndaşlarımız Gürcüstan, Ukrayna və Şimali Qafqaza gedirlər, burda onlar müalicə xarakterli turizmə üstünlük verirlər. Bu mənzərənin təməlində ümumi iqtisadiyyatda dayanan inhisarçılıqdır. Nəticə etibarıyla hotellər və istirahət mərkəzlərinin arxasında məmur, yaxud deputatın dayanması barədə məlumatlar mətbuata çıxıb. Burda daha çox menecerlik yox, çirkli pullar yuyulur.  Belə olanda isə turist cəlb etməkdə maraqlı olmurlar”. 

O, fikrini təsdiqləmək üçün bir örnək göstərdi: “booking.com kimi nəhəng bir turizm portalında qiyməti 53 dollara qədər axtarış verdim Bakı üzrə 104 variant, Tbilisi üzrə isə 1288 variant təklifi aldım. Bu onu göstərir ki, Azərbaycanda bu sektorun şəffaflığı hansı səviyyədədir”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button