2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Əbülfəz Qarayev jurnalistlərə “atıb”?

Nazirin reklam etdiyi puldan xəbər-ətər yoxdur

İyulun 11-də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurası ilə birgə “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirilib. Konfransada “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Sözügedən nazirlik və Mətbuat Şurasının mayın 20-dən iyunun 20-dək keçirdiyi birgə müsabiqədə 28 KİV-dən 56 yazı daxil olduğu bildirilib. Xeyli sayda telekanalın dəvət aldığı tədbirdə bir nəfər 1-ci, iki nəfər 2-ci və üç nəfər isə 3-cü yerə layiq görülüb. Birinci, ikinci və üçüncü yerlərin qaliblərinin müvafiq olaraq 1000, 800 və 600 manat, daha 5 nəfərin isə 300 manat məblğində həvəsləndirici mükafata layiq görüldüyü bildilib, telekanallar da informasiyanı ictimaiyyətə bu yöndə təqdim edib.
“Holiday inn Baku” otelində reallaşan məlum tədbirlə bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, Ə.Qarayevin “verdik” dediyi puldan əslində heç bir əsər-əlamət yoxdur. Belə ki, telereklam faktınınü üstündən 5 gün keçsə də, hələ də qalib jurnalistlərə 1 qəpik də olsun vəsait verilməyib.
Mənbənin sözlərinə görə, məlum durum təxminən bir həftədir ki, qazandıqları pula sahib ola bilməyən jurnalistlər arasında ciddi narazılığa səbəb olub. Belə ki, Ə.Qarayevin reklam etdiyi pul mükafatının üzünü görməyən media təmsilçiləri mədəniyyət nazirinin onlara “ata biləcəyindən” ehtiyat edir. DSMF-nin keçmiş direktoru Elman Mehdiyevin də jurnalistləri eyni aqibətlə üz-üzə qoyduğuna diqqət çəkən media əməkdaşları hesab edir ki, nazirliyin bir həftədir ki, “verdik” dediyi pulları hələ də qalib jurnalistlərə verməməsi hər şeydən öncə etik-əxlaqi davranışla bir araya sığmır. Media əməkdaşlarının fikrincə, bir həftədir ki, jurnalistlərin gözünü yolda qoyan Ə.Qarayevin vəd etdiyi pulu verib-verməyəcəyi hələ bəlli olmasa da, mətbuat nümayəndələrinə bu münasibətin mədəniyyət nazirinin əleyhinə işlədiyi şübhəsizdir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button