2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Əbülfəz Qurbanlı yenidən aktiv siyasətə qayıdır – AÇIQLAMA

Bir müddət əvvəl AXCP-dən istifadə verərək siyasi səhnəni tərk edən Əbülfəz Qurbanlı yenidən siyasi fəaliyyətlə məşğul olacağını bəyan edib. O, bu barədə Facebook səhifəsində yazıb:

“İl yarımdan artıq idi ki, vətəndən kənarda idim. Artıq bir neçə aydır ki, burdayam. Öncəki dövrdə olduğu kimi, ictimai-siyasi fəaliyyətlə məşğul olacam. Fəal və ardıcıl. Müstəqil qaydada. Hələlik geniş planlarım yoxdur. Bununla belə, plansız da deyiləm.

İndi daha pis və ağır dövrdür. Hər həftə hansısa ictimai-siyasi fəallar ya həbs olunur, ya da polisə çağırılır. Xeyli dostumuz həbsdədir. Ölkə üzü uçuruma gedir. Hakimiyyət isə bütün şərtləri daha da ağırlaşdırmaqda davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Belə şəraitdə əlimizi ağır daşların altına qoymaqdan çəkinməməliyik. “Demokratiyaya gediləsi uzun yol”u getmək zərurətdir, gedəcəyik”.

Xatırladaq ki, Əbülfəz Qurbanlı bir müddət AXCP Gənclər Komitəsinin sədri, daha sonra isə AXCP sədrinin müavini olub.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button