2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Əbülfəz Sadıqbəyli ailəsi ilə telefon əlaqəsi yarada bilmir”

“Apelyasiya məhkəməsinin vaxtı hələ təyin olunmayıb”

“Əbülfəz Sadıqbəyli noyabrın 21-də həbs olunsa da, bugünədək ailəsi ilə telefon əlaqəsi yarada bilməyib. Heç görüşə də icazə verilmir.”

Bu sözləri Meydan TV-yə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin qardaşı Vasif Sadıqbəyli deyib.

Onun sözlərinə görə, təcridxanadan qadağa olduğu bildirilib: “İstintaqı da yekunlaşıb. İstintaqı aparan Osman adlı müstəntiq də bildirir ki, biz tərəfdən qadağa qoyulmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, bu gün ev dustaqlığı ilə bağlı məhkəmə qərarından verdiyimiz apelyasiya şikayətinə baxılmağın sonuncu günü olsa da, baxılmadı. Ümumiyyətlə apelyasiya məhkəməsi təyin olunmadı”.

Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur.

İttihama görə, Əbülfəz Sadıqov kreditlə aldığı “Niva” markalı maşına görə banka borclu qaldığı 5100 manatın banka tam ödənilməsi barədə saxta arayış düzəldib. Aparıb DYP-yə verib, orada maşını girovluqdan çıxarıb öz adına keçirib, sonra da satıb.

Müsavatçı məhkəmədə deyilənlərin yalan olduğunu bildirib. Deyib ki, “Nikoil Bank”dan kreditlə maşın götürüb, bir hissəsini ödəyib. 2017-ci ilin yanvarında yolda gedəndə bankın əməkdaşları borca görə maşının qarşısını kəsib. Həmin vaxt 8100 manat borcu qalıbmış:

“Getdim banka, dedilər ki, faizsiz borcun məbləği 5100 manatdı. Onu ödə, faizləri istəmirik, keçir adına. Mən də qohumlardan borc tapıb ödədim, o arayışı aldım. İndi deyirlər, o arayış saxtadır. Əgər saxtadırsa da, onu bankdan veriblər”.

Əbülfəz Sadıqov ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib.

Bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.

Müsavatçının qardaşı Vasiq Sadıqbəyli  deyib ki, qardaşının 2 il əvvəl aldığı avtomobil kreditdə olub, amma sonra “Nikol Bank”dan kreditin ödənilməsi barədə sənəd alıb. Maşını alandan 3-4 ay sonra satıb və DYP də bununla bağlı sənədləri təsdiqləyib:

Bir neçə gün öncə Daxili İşlər Nazirliyi çağırıb ki, “Nikol Bank”da mənimsəmələr var, krediti kimə ödəmisən? Əbülfəz Sadıqov ödəmədən 2 il ötdüyündən adamların sifətini unutduğunu deyib. Qardaşımı şahid qismində dindirməyə çağırıblar, noyabrın 21-də növbəti dəfə vəkillə dindirməyə getmişdi və ödədiyi kreditin sənədlərini təqdim etdi. Bir az gözlədəndən sonra məhkəməyə göndəriblər. Məhkəmə də həbs-qətimkan tədbiri seçib. Çox qəribədir ki, bankdan aldığı sənədlər ekspertizaya göndərilib, ekspertiza da sənədlərin “Nikol Bank”dan verildiyini təsdiqləyib. Ancaq bununla belə məhkəmə həbs qətimkan tədbiri seçib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button