2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

Əbülfəz Sadıqbəyli məhkəmə zalından azadlığa buraxıldı – VİDEO

Müsavatçıya 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası verilib

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli həbsdən buraxılıb. Martın 6-da Qaradağ rayon Məhkəməsində hakim Fuad Hüseynov onun haqqında hökm çıxarıb.

https://youtu.be/JygzVX5SKiU

Hökmə əsasən, Əbülfəz Sadıqbəyli Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4 (dələduzluq) maddələrilə təqsirli bilinərək, 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun həbsdə saxlandığı 3 ay 15 günün hər günu iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub. Ona görə də cəzasından 7 ay çıxılıb. Üzərində 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılan Ə.Sadıqbəyli məhkəmə zalından azadlığa buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmə əsasən, digər iki təqsirləndirilən şəxsdən Əbülfəz Sadıqbəylinin əmisi oğlu Asif Sadıqlıya da 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

“Nikoil” bankın Qaradağ filialının əməkdaşı olmuş Kamran Abbasova qarşı ittihamlara isə xitam verilib. O əsasla ki, K.Abbasov bu işdəki zərərçəkən tərəflə (bankla) barışıb, 11 minlik ziyanı ödəyib. Ziyanın bir misli qədər də (daha 11 min manat) Dövlət Xəzinədarlıq Agentliyinə ödəyib ki, bu halda, şəxs bu halda, cinayət məsuliyyətindən azad edilə bilər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 320.1 (saxta sənəd hazırlama və ya istifadə etmə) maddəsilə də ittiham verilmişdi. Həmin ittiham üzrə məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə hər üç şəxsin barəsində bu ittihama xitam verilib.

Hökmdə qeyd olunub ki,həm Əbülfəz Sadıqbəyli, həm də əmisi oğlunun cəzasıyla əlaqədar onlara elektron nəzarət vasitələri (qolbaqlar) tətbiq olunsun.

Məhkəmədə hökm elan olunmamışdan əvvəl Ə.Sadıqbəyli son sözünü deyib. Bildirib ki, bu işə uzaqdan-yaxından heç bir aidiyyəti yoxdur: “Ən böyük zərərçəkən özüməm. Əmlakı satılan da mən, aldanan da mən, aylardır günahsız həbsdə olan da mən. On ildir işləyən əmim oğlu mənə görə işini itirdi, cinayət məsuliyyətinə cəlb olundu.

Mən 6 il zərgər işləmişəm, əlimdən kilolarla qızıl, daş-qaş keçib, bir dənəsi də yoxa çıxmayıb. 7 il “Azəriqaz”da işləmişəm, bir dəfə də izahat yazmamışam. Bu istintaq ilk gündən məndən şantajla, hədə-qorxu ilə ifadə alıb. Verdikləri suallar ancaq Müsavat Partiyası, mənim siyasi fəaliyyətim barədə olurdu. İki saatlıq dindirmənin cəmi 15 dəqiqəsi bu işə aid idi. Hər dəfə Daxili İşlər Nazirliyinin qarşısında müstəntiqi yarım saat gözləyirdim, gəlib çıxmırdı. Bu adam gəlib mənim barəmdə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəmədə deyir ki, istintaqdan yayına bilər. Bizim nəsildən indiyə qədər üç nəfər məhkum olunub – atam Niyaz Sadıqov, əmim Qiyas Sadıqov, bir də mən. Üçümüz də siyasi baxışlarımıza görə məhkum olunmuşuq. Bizim nəsildə başqa işə görə məhkum edilən olmayıb”.

Əbülfəz Sadıqbəyli son sözündə ona verilən ittihamlar barədə danışmaq istəməyib:

“Bu tamaşa barədə danışmağı özümə ayıb bilirəm”.

O, çıxışının sonunda məhkəmədən bəraət istəyib.

Daha sonra hakim müşavirəyə gedib və təxminən iki saat sonra hökm elan olunub.

Ə.Sadıqbəyli avtomobil kreditinə görə “Nikoil” banka olan borcunun (5 min 100 manat) ödənilməsi barədə saxta arayış hazırlatdırıb, onu Dövlət Yol Polisinə təqdim etməklə, maşını öz adına keçirib satmaqda ittiham olunur. İddia olunur ki, Ə.Sadıqbəyli bu məsələdə əmisi oğlu Asif Abbasov və bankın “Qaradağ” filialının əməkdaşı Kamran Abbasovla əlbir olub.

Ekspertiza Ə.Sadıqbəylinin borcun tam ödənilməsi barədə bankdan alıb yol polisinə təqdim etdiyi arayışın saxta olmaması, oradakı möhürün də həqiqiliyi haqda rəy verib. Müsavatçı fəal pulu bankda K.Abbasova ödəyib, həmin arayışı aldığını söyləyir. K.Abbasov təsdiqləyir ki, həmin arayışı Ə.Sadıqbəyliyə o verib, amma pul alınmasını inkar edir. İddia edir ki, Ə.Sadıqbəylinin əmisi oğlu Asif Sadıqlı ilə dostluq münasibətlərinə görə pul almadan arayışı verib.

A.Sadıqlı isə K.Abbasovla dostluq münasibətlərinin olmadığını, sadəcə, bir-birini tanıdıqlarını, ondan saxta sənəd barədə heç bir xahişi olmadığını deyir.

İstintaq və məhkəmə dövründə təqsirləndirilən şəxslərdən ancaq Ə.Sadıqbəyli həbsdə olub.

Meydan TV

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button