2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əcnəbilərlə ailə quranların sayı açıqlandı

“2016-cı il ərzində ölkə vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2431 nikah qeydə alınıb”.

Bu haqda Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə ailə quran azərbaycanlı kişilərin sayı 1213 olub. Əcnəbiyə ərə gedən xanım azərbaycanlılar isə 1218 nəfərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya , Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşlarıdır.

Qeyd edək ki, azərbaycanlıların ailə qurduğu əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Belə ki, 2015-ci ilin statistikasına görə, türkiyəli kişilərlə evlənən azərbaycanlı gəlinlərin sayı 1653 nəfər olub. Türkiyə qızlarının ərə getdiyi azərbaycanlı kişilərin sayı isə cəmi 85 nəfər təşkil edib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi şəxslər arsında 2680 nikah bağlanıb. 2014-cü ildə isə bu rəqəm 1816 olub.

Əcnəbilərlə ailə quran azərbaycanlıların sayı 2013-cü ildə 2 780, 2012-ci ildə 2688 təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button