2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əcnəbinin Azərbaycan dilini öyrənməsinə neçə həftə vaxt lazımdır?

“The Independent” qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, xarici dilləri öyrənmək həmişə çətin bir iş olub.

Maraqlıdır ki, ingilisdillilər üçün xarici dilləri öyrənmək ümumiyyətlə müşküldür. Burada bir məqam da var ki, ingilisdillilər müxtəlif dilləri müxtəlif çətinliklərlə öyrənə bilirlər.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ diplomatlarına xarici dil öyrədən Amerika Xarici Xidmət İnstitutunun hesabatında ingilisdillilərin ayrı-ayrı dilləri hansı müddətdə öyrənə biləcəkləri müəyyənləşdirilib.

Bu hesabatda hər bir dilin öyrənilməsinə lazım olan vaxt həftələrlə göstərilib.

Beləliklə, avtomatik olaraq, dillərin çətinlik qrupları da müəyyənləşib.

Birinci kateqoriyaya ingilisdillilər üçün “ən asan dillər” daxil edilib. Bunların minimum öyrənilməsinə minimum 24 həftədən 30 həftəyədək vaxt lazım gəlir. Bu dillərdən bəziləri bunlardır: Danimarka, holland, fransız, italyan və ispan dili.

İkinci kateqoriya nisbətən çətin dilləri ehtiva edir. Bunların öyrənilıməsinə minimum 36 həftə vaxt lazımdır. Bunlar alman, indoneziya, svahili, malay dilləridir. Gördüyümüz kimi bu kateqoriyada Avropa dillərindən yalnız alman dili var.

Azərbaycan dili çətinliyinə görə üçüncü kateqoriyaya düşüb. İngilisdillilərin Azərbaycan dilini babat öyrənməsi üçün azı 44 həftə lazımdır. Yəni az qala bir il. Erməni, gürcü, çex, alban, fars, fin, ivrit dilləri bu qrupdadır. Bütün türk dilləri də bu qrupa düşüb və rus dili də buradadır.

Amma bundan da çətin dillər qrupu olan 4-cü kateqoriya da var. Ərəb, çin, yapon, koreya dilləri bu qrupa salınıb. Bu dilləri minimum öyrənmək üçün ingilisdilli tələbəyə 88 həftə vaxt lazımdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button