2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ədəbiyyat və sənət dünyamız FB-dən necə faydalanır

Səadət Cahangir

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda istifadəçilərinin sayı 1,7 milyona çatan “Facebook”(FB) sosial şəbəkəsi, əslində, ədəbiyyat və sənət dünyası üçün də böyük imkanlar açır. Mütaliəyə, canlı teatr və kinoya marağın azaldığı bir zamanda insanlar istər-istəməz ədəbiyyat və sənət dünyasından uzaqlaşır. Sosial şəbəkələr bu boşluğun dolmasına yardımçı ola biləcək ən yaxşı fürsətdir. Düzgün qurulacağı və istifadə olunacağı halda, bu şəbəkələr, ən azı, pulsuz reklam çarxı rolunu uğurla yerinə yetirə bilər. Bəs Azərbaycan ədəbiyyat və sənət adamlarının təbliğində sosial şəbəkələr, o cümlədən, FB hansı yeri tutur? Məşhurların yaradıcılıq və irsinin tanıdılmasında ondan yetərincə faydalana bilirikmi? Maraq üçün FB-də kiçik bir “tədqiqat” aparıb, tanınmışların səhifələrini araşdırdıq.

Araşdırmanın nəticələri göstərir ki, FB-də ölkənin çox az sayda görkəmli ədəbiyyat və sənət adamının xüsusi səhifəsi var. Onlar arasında məhsuldar işlədilənləri isə barmaqla sayıla bilər. Araşdırmaya dahi bəstəkarımız Üzeyir Hacıbəyovun səhifəsindən başladıq. Səhifəni indiyə qədər 32 740 nəfər bəyənib, son paylaşım bu ilin 30 aprelində olub. Ümumilikdə, səhifədə paylaşımların tezlik və önəmlilik dərəcəsi tam ürəkaçan sayıla bilməz. İkinci araşdırmamız  böyük şairimiz Hüseyn Cavidlə bağlıdır. Cavidin səhifəsini bəyənən şəxslərin sayı 29 763 nəfərdir, son paylaşım  3 gün əvvələ təsadüf edir. Paylaşımlar baxımından şairin səhifəsini nisbətən hərəkətli və daha məhsuldar hesab etmək olar. Satirik şairimiz Mirzə Ələkbər Sabirin səhifəsi 108 201 nəfər izləyisi sayı ilə qələm sahiblərimizə məxsus səhifələr arasında ən böyüyüdür hər halda. Səhifədə son paylaşım 6 gün əvvəl edilib.  Böyük ədibimiz Cəlil Məmmədquluzadənin adına açılmış səhifənin cəmi 3 794 nəfər izləyicisi var və son paylaşım keçən ilin 15 aprelində edilib. Başqa bir məşhur şairimiz Mikayıl Müşfiqin səhifəsinin izləyici sayı 28 823 nəfərdir, son paylaşım bu ilin 28 aprelində edilib. Bəstəkar Fikrət Əmirovun da 7923 izləyicisi olan səhifəsi var və səhifədə son paylaşım  8 gün əvvəl edilib.

Müasir yazarlarımız arasında ən böyük yaradıcı səhifəsi olan şəxs görkəmli şairimiz Ramiz Rövşəndir. Şairin iki yaxşı səviyyədə idarə olunan səhifəsi var ki, onlardan birinin 58 877 nəfər, o birinin

56004  nəfər izləyicisi var. Səhifələrin birində son paylaşım bu gün, o birində isə 14 fevralda edilib. Ramiz Rövşəndən sonra ən çevik səhifəsi olan şəxs şöhrətli muğam sənətçimiz Alim Qasımovdur. Onun səhifəsinin 52 373  nəfər izləyicisi var və səhifədə, demək olar ki, gündəlik paylaşımlar edilir. Bundan başqa məşhur şairimiz Musa Yaqubun da 13066 nəfər izləyici sayı olan, daim təzələnən səhifəsi var.

Siyahını  bir az da uzatmaq cəhdlərimiz nəticə vermədi. Çünki bu siyahı xaricində, sosial şəbəkədə normal FB səhifəsi olan ədəbiyyat və sənət adamları yox səviyyəsindədir. Doğrudur, müasir yazarların bir çoxunun şəxsi profilləri var, amma onları tam yaradıcılıq səhifələri hesab etmək də olmaz.  Bəzi tanınmışların da həvəskar səviyyədə yaradılmış səhifələri, demək olar ki, işlək vəziyyətdə deyil. Bax belə… Hər gün işıq sürəti ilə inkişaf edən texnologiya sərhəd tanımadan bizə böyük üfüqlər açır. Amma biz o üfüqlərə getmək üçün yetərincə səy göstəririkmi? Səy göstərmədiyimiz açıq ortada…

   

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button