2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

ƏDV-dən azadolma niyə gecikir? – “Absurd vəziyyətdəyik”

“Yanvar ayının 1-dən Vergilər Məcəlləsinə əsasən, kitablar ƏDV-dən azad olunmalı idi. 18% ƏDV həm kağız, həm də kitab istehsalı və satışı üzərindən götürülməli idi”.

Bunu “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

O, qanuna edilən dəyişikliyin hələ də qüvvəyə minmədiyini bildirib: “Qanunda dəyişiklik aparıldı, amma Prezidentin Fərmanında göstərildi ki, bu Qanun o zaman qüvvəyə minəcək ki, Nazirlər Kabineti üç ay ərzində təlimat hazırlayıb verəcək. Artıq üç ay yox, dörd ay keçib, amma ortalıqda nə bir təlimat var, nə də qanunun dəyişikliyi qüvvəyə minib”.

Saytların yığılması Saytlarin yigilmasi

Xuduoğlu bildirib ki, hazırda kitab mağazaları da satılan kitabdan 18% ƏDV ödəyir: “Biz xaricdən kitab və ya kağız gətizdiririk. Gömrük bizdən 18% ƏDV-ni alır. Deyirik ki, niyə alırsınız, axı qanunda bu qüvvədən düşüb. Deyirlər ki, bizə bu barədə hər hansı rəsmi göstəriş gəlməyib. Vergilər Nazirliyi də deyir ki, bizə göstəriş gəlməyib, ƏDV-ni ödəməyə davam etməlisiniz. Belə bir absurd vəziyyətdəyik”.

Naşir məsələ ilə bağlı Baş nazir Əli Əsədova müraciət etdiyini açıqlayıb: “Əli Əsədova müraciət etdim ki, buna bir aydınlıq gətirilsin. Mənim kimi həmkarlarım da çıxılmaz durumdadır. Qanun tələb edir ki, biz ƏDV ödəməyək. Əlində səlahiyyəti olan strukturlar isə sanki güclə əlimizdən o 18% ƏDV-ni tutub alırlar. Bu da bizim üçün çox böyük məbləğ edir”. (Qafqazinfo)

24 saat” “ƏDV-dən azadolma niyə gecikir? – “Absurd vəziyyətdəyik”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button