2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

ƏDV qaytarılmasında yenilik: Faizlər dəyişdi

Yanvar ayının 1-dən “Vergi Məcəlləsi”ində yeni dəyişikliklər qüvvəyə mindi.

Dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır. Artıq bu aydan etibarən plastik kartadan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər.

Bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İşğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verildi.

Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsiz ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımdan çox vacibdir.

ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməs baxımdan vacib idi. Bütövlükdə, bu ildə də “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq.

The post ƏDV qaytarılmasında yenilik: Faizlər dəyişdi appeared first on 24 saat.

“24 saat “ƏDV qaytarılmasında yenilik: Faizlər dəyişdi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button