2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əflatun Amaşov vaxtsız vəfat edən jurnalistlərdən yazdı

Mətbuat Şurasının sədri flatun Amaşov dünən axşam və bu gün vəfat edən jurnalistlərin – Nicat Məlikov və Ülviyyə Şamilqızının vaxtsız ölümlərinə dair status yazıb.

az24saat.org Mətbuat Şurası sədrinin statusunu oxuculara təqdim edir:

“Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur. Jurnalistlər təkcə özləri əbədiyyata qovuşmurlar, onların ideya və baxışları da bu dünyadan köç edir. O ideya və baxışlar ki, həyata keçməsi cəmiyyətin xeyrinədir. O ideya və baxışlar ki, reallaşması dərdlərə məlhəmdir, mənəvi rahatlıqdır, ruh yüksəkliyidir, yeni gün uğrunda mübarizə əzmi və çağırışıdır. Bu mənada jurnalist itkisi həm də cəmiyyətin itkisidir. Həqiqətən də çox ağırdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu günlər ağırlığın gətirdiyi dərin üzüntü, məyusluq və sarsıntı hissi bizi tərk etmək bilmir. Nicat Məlikov və Ülviyyə Məmmədova (Şamilqızı) kimi istedadlı həmkarlarımız barədə artıq keçmiş zamanda danışmaq əzabını yaşayırıq. Hər ikisi fəaliyyət tərzləri, yanaşmaları ilə cəmiyyətə, topluma faydalı nələrisə qabartmağa, göstərməyə, təbliğ etməyə can atırdılar, buna müvəffəq olurdular. Bu keyfiyyətlərinə görə tanınır, qəbul edilirdilər.

Uca Tanrıdan onların hər ikisinə rəhmət diləyirəm. Allah doğmalarına, əzizlərinə, doğma nəvazişi və qayğısı ilə yanaşdıqları dostlarına və həmkarlarına səbr versin.

Ruhları şad, məkanları cənnət olsun!”

Qeyd edək ki, həmkarlarımızın biri (Nicat Məlikov) ürək tutmasından 39 yaşında, digəri (Ülviyyə Şamilqızı) isə Həştərxanda yol qəzasında vəfat edib.
Cumhuriyyet.net

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button