2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əfqan Muxtarlı ev dustaqlığına buraxılmayıb

Oktyabrın 4-də Bakının Nəsimi rayon Məhkəməsi vəkilin jurnalist Əfqan Muxtarlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin etməyib. Bu barədə Amerikanın Səsinə vəkil Zübeydə Sadıqova bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstandan oturum izini alan jurnalist Əfqan Muxtarlı bu il mayın 29-da müəmmalı şəkildə həbs edilib. Ə.Muxtarlının bildirdiyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun dediyinə görə, sərhəddə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Vəkilin sözlərinə görə, bu gün keçirilən məhkəmə prosesində Muxtarlı bir daha günahsız olduğunu bildirib.

“Mən artıq 5-ci aydır həbsdə saxlanılıram. İndiyədək cəmi üç dəfə istintaq hərəkəti aparılıb”, jurnalist məhkəməyə bildirib.

O, səhhətində problemlərin qaldığını və keyfiyyətli tibbi xidmətlə təmin edilmədiyini deyib.

Jurnalist həmçinin telefon danışıqlarına məhdudiyyətlər qoyulduğunu hakimin diqqətinə çatdırıb.

“Mənə yalnız həyat yoldaşımla danışığıma icazə verirlər. Digər ailə üzvlərim və dostlarımla telefon danışığıma qadağa qoyulub”, vəkil Muxtarlıya istinadən deyib.

Sadıqova məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button